Azərbaycan idmançıları Braziliya ciu-citsusu üzrə dünya çempionatında iki medal qazanıblar
Bakı, 19 aprel, AZƏRTAC
Abu-Dabidə Braziliya ciu-citsusu üzrə dünya çempionatı keçirilir. Mundialda 100 ölkədən 7 minədək idmançı birincilik uğrunda mübarizə aparır.
Azərbaycan Ciu-Citsu Milli Federasiyasının birinci vitse-prezidenti Rəsul Məmmədov AZƏRTAC-a bildirib ki, yarışda ölkəmizi 4 idmançı təmsil edib.
Böyüklərin yarışında 94 kiloqram çəki dərəcəsində çıxış edən Azər Bəydullayev dünya çempionatının bürünc medalına sahib olub. 12-13 yaşlı idmançıların mübarizəsində isə milli komandamızın üzvü Xəqani Mürsəlov (41 kq) yarışı üçüncü pillədə başa vurub.
Dünya çempionatına aprelin 23-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]