Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN İLƏ AVROPA BİRLİYİ ARASINDA ƏLAQƏLƏRİN YAXŞI PERSPEKTİVİ VARDIR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV YUNANISTAN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyunun 18-də Prezident sarayında Yunanıstanın xarici işlər nazirinin müavini İoannis Maqriotisi qəbul etmişdir. 

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV qonağı səmimiyyətlə salamlayaraq dedi ki, sizin Azərbaycana bu səfərinizi yüksək qiymətləndirirəm. Avropa Birliyində sizin sədrlik səlahiyyətləriniz başa çatır. Bu müddətdə Avropa Birliyi xeyli iş görüb. Təbii ki, bunda Yunanıstanın böyük rolu var.

Prezident Heydər Əliyevə minnətdarlığını bildirən cənab İOANNİS MAQRİOTİS dedi:

-Cənab Prezident, Sizə təşəkkür edərək bildirmək istəyirəm ki, bizimlə, həm mənimlə, həm də həmkarlarımla yenidən görüşmək imkanı yaradırsınız. Sizinlə əvvəlki görüşdə mənə dediklərinizin hamısının qeydiyyatını apardım və bunların hamısına çox diqqətlə yanaşdım. Bizim birinci görüşümüzdən il yarım vaxt keçibdir. Bu müddət ərzində Bakı çox dəyişibdir, siz çox irəliyə getmisiniz.

Avropa Birliyində Yunanıstanın sədrlik dövrü artıq başa çatır. Biz qərara almışıq ki, Qafqaz ölkələrinə səfərə çıxaq və bu müddət ərzində Yunanıstanın sədrliyi ilə görülən işlər barədə fikir mübadiləsi aparaq.

Əziz cənab Prezident, Sizin bildiyiniz kimi, Yunanıstan sədrlik etdiyi dövrdə, ilk dəfə olaraq, Qafqaz ölkələri məsələsini Avropa Birliyinin gündəliyinə çıxardı. Baxmayaraq ki, bu müddət ərzində İraqda baş vermiş münaqişə çoxlu vaxt apardı, işimizin dinamikasına təsir göstərdi, ancaq biz hesab edirik ki, ötən dövrdə bir sıra işlər görülmüşdür.

Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Cənubi Qafqaz ölkələrinə Avropa Birliyinin xüsusi nümayəndəsi təyin olunmuşdur. Bu, bizim sədrliyimiz dövründə baş vermişdir. Onu da xatırlatmaq istəyirəm ki, Danimarka öz sədrliyi dövründə belə bir təkliflə çıxış etmişdi, amma onun bu təklifi Avropa Birliyi ölkələri tərəfindən qəbul olunmamışdı. Məhz bizim təklifimizi onlar qəbul etdilər. Həmin nümayəndə bir sıra məsələlər ətrafında və xüsusilə də bu regionda olan münaqişələr üzərində işləyir.

TASİS proqramını xüsusilə vurğulamaq istəyirəm. Bu proqram çərçivəsində gözəl iş görülmüş, proqram praktiki olaraq Azərbaycanın reallıqlarına, tələblərinə uyğun modernləşdirilmişdir. Artıq Azərbaycanla Avropa Birliyi nümayəndələri arasında energetika məsələlərinə dair dialoq başlamışdır. Böyük məmnuniyyətlə demək istəyirəm ki, Sizin qaz sənayesi sahəsindəki mütəxəssisləriniz bizim ölkəyə səfər etmişlər və çox faydalı fikir mübadiləsi aparılmışdır.

Bilirəm ki, enerji daşıyıcıları hasilatı Azərbaycan üçün, Avropa Birliyi üçün çox vacib bir sahədir. Deyə bilərəm ki, biz bu sahədə əlaqələrin yaradılmasında yeni bir mərhələ açırıq. Bakıda “Avropa evi” adlı bir qurum fəaliyyət göstərir. Deyə bilərəm ki, gələcəkdə bu, praktiki olaraq Avropanın buradakı nümayəndəliyinə çevriləcəkdir.

Cənab Prezident, bu ilin payızında Sizin istəyinizlə bizim ölkənin prezidenti Konstantinos Stefanopulos Azərbaycana səfər edəcəkdir. Həmin səfər zamanı çoxlu sayda ikitərəfli anlaşma sənədlərinin imzalanması gözlənilir. Xüsusilə də iqtisadi sahədə imzalanan sənədlərin sayı çox olacaqdır. Həmin səfərdə Prezidenti Yunanıstan biznesmenlərinin bir qrupu müşayiət edəcəkdir.

Cənab Prezident, sonda demək istəyirəm ki, 2001-ci ilin noyabr ayında Sizinlə görüşərkən bu istəyi ifadə etmişdiniz ki, biz münasibətlərimizi siyasi səviyyədə də yüksəyə qaldıraq. Gördüyünüz kimi, artıq biz Sizinlə bütün sahələrdə əməkdaşlığa başlamışıq. Ümid edirəm ki, bu əməkdaşlıq daha da artacaqdır. Ölkələrimiz arasında ümumi cəhətlər çoxdur. Çox sahədə əməkdaşlıq etmək üçün geniş imkanlar var. Ümid edirik ki, bizim Prezidentin Sizin ölkəyə səfərindən sonra bu imkanlar daha da genişlənəcək və əməkdaşlığın mümkün olan bütün sahələrini əhatə edə biləcəyik.

MERKURİOS KARAFOTİAS (Yunanistanin Bakıdakı səfiri): Cənab Prezident, buraya heç də yalnız Azərbaycan və Yunanıstan arasında münasibətlər aid deyildir. Həm də Azərbaycan və Avropa Birliyi arasında münasibətlər aiddir. Avropa Birliyinin tərkibində Yunanıstan Azərbaycanı daim dəstəkləyəcəkdir.

Prezident HEYDƏR ƏLİYEV Yunanıstan nazirinin müavininə təşəkkür edərək dedi ki, Avropa Birliyinə sədrlik dövründə gördüyünüz işlər haqqında verdiyiniz məlumat məni məmnun edir. Bunlar sizinlə bizim birgə gördüyümüz işlərin nəticəsidir. Amma qeyd etmək istəyirəm ki, Yunanıstanın Avropa Birliyinə sədrlik etdiyi dövrdə Qafqaz ölkələri, o cümlədən Azərbaycan çox səmərəli əlaqələr yaradıbdır. Təbiidir ki, burada sizin, Yunanıstanın böyük rolu var. Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda geniş fəaliyyət göstərməyinizi alqışlayıram. Biz sizin dediyiniz bütün sahələrdə bundan sonra da əməkdaşlıq etməyə hazırıq.

Dövlətimizin başçısı vurğuladı ki, təbiidir, Avropa Birliyi ilə biz daim sıx əlaqədə olmalıyıq. Bəzən bir az qəribə fikir doğur: Azərbaycan Avropa ölkəsidir, eyni zamanda, biz Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrdən danışırıq. Biz Avropa ölkəsiyik. Əgər indi Avropa Birliyinin üzvü ola bilmiriksə, bu o demək deyil ki, biz Avropa deyilik. Güman edirəm, burada elə bir şey yoxdur. Təbiidir, biz Avropa Birliyi ilə əməkdaşlığa gec qoşulmuşuq. Ancaq biz çalışırıq və çalışacağıq ki, Avropa Birliyinə daxil olmaq üçün lazımi imkanlar əldə edək.

Neft və qaz sahəsində əməkdaşlığın çox böyük perspekivləri var. Biz bu sahədə fəal iş görmək üçün çalışırıq. Lazımdır ki, Avropa Birliyi, xüsusən Yunanıstan bu məsələdə sona qədər eyni mövqedə olsun.

Mən sizin Prezidentin Azərbaycana səfərini gözləyirəm. Mənim səbəbimdən bu görüş indi mümkün olmadı, buna təəssüf edirəm. Ancaq siz dediyiniz vaxt biz bu görüşü keçirəcəyik. Yunanıstan Prezidentini Azərbaycanda qəbul edəcəyik və sizin dediyiniz iqtisadi məsələləri müzakirə edəcəyik. Bizim də çox təkliflərimiz var və birlikdə sənədlər imzalayacağıq. Güman edirəm ki, Yunanıstan Avropa Birliyinin üzvü olaraq, sədrlik dövrü bitəndən sonra da Azərbaycanla əvvəlki kimi əməkdaşlıq edəcəkdir.

Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsinin məhz sizin sədrliyiniz dövründə təyin olunması Yunanıstanın Qafqaza nə qədər böyük maraq göstərdiyini sübut edir. Biz sizin nümayəndə ilə əməkdaşlıq edəcəyik və təbiidir, gözləyəcəyik ki, Azərbaycanda Avropa Birliyinin xüsusi nümayəndəsi olsun.

Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan ilə Avropa Birliyi arasında əlaqələrin yaxşı perspektivi var. Biz bu istiqamətdə lazımi iş aparırıq, bundan sonra da aparacağıq.

X X X

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® ABB-nin Hava Limanındakı xidmət ofisi filial kimi fəaliyyətə başlayıb!

Ukrayna BVF-dən 2,2 milyard dollarlıq növbəti tranş alıb

Dövlət Sərhəd Xidməti tibb sahəsində həqiqi hərbi xidmətə və işə qəbul elan edib

Həyətində çətənə kolları yetişdirən Salyan sakini saxlanılıb

Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə 80 milyard kubmetrədək təbii qaz ötürülüb

Almaniya 40 minə yaxın polşalıya təzminat ödəyəcək

Növbəti hərracda 6 nəqliyyat vasitəsi satılıb

“ASAN xidmət” modeli İndoneziyaya ixrac edilib

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürüşmə qeydə alınıb

İyulun 3-ü Beynəlxalq Polietilen Paketdən İmtina Günüdür

Elmar Qasımov mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüşüb

Azərbaycanın veteran qapıçısı: Türkiyəli qolkiperin fantastik seyvi komandanı 1/4 finala çıxardı

İqlim dəyişikliyinin ölkələrin elektrik təchizatına mənfi təsiri artır

TDT-nin Şuşa Zirvə görüşü Azərbaycanın təşkilatın daha da gücləndirilməsi istiqamətində titanik səylərinin daha bir sübutudur - RƏY

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 5-ci nömrəsini nəşr edib

Çin və Qazaxıstan arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Dünya Bankı Zambiyaya 207,6 milyon dollar qrant ayırıb

DSMF: Son altı ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 7,3 faiz artıb

FHN: Ötən sutka ərzində biri azyaşlı olmaqla 4 nəfər xilas edilib

Antonio Quterreş: Qırğızıstanla Tacikistan arasında sərhəd mübahisəsi danışıqlar yolu ilə həll edilməlidir

Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərinə səfərə gəlib

BMT-nin Baş katibi: ŞƏT beynəlxalq arenada mühüm oyunçudur

Venesuelada “Beril” qasırğasından 25 min nəfər zərər çəkib

Çin və Qazaxıstan prezidentləri Çin-Avropa Transxəzər marşrutunun açılışında iştirak ediblər

BAMF QHT Agentliyinin dəstəyi ilə yeni layihənin icrasına başlayıb

Şah İsmayıl Xətainin vəfatının 500-cü ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilib

Polşa və Almaniya müdafiə sahəsində əməkdaşlıq edəcəklər

Türkiyə XİN ölkənin maraqlarının xarici siyasətin əsas prioriteti olduğunu bəyan edib

Orxan Məmmədov: 2024-cü ildə Azərbaycanda ESG məsuliyyəti prinsiplərinin tətbiq səviyyəsi 3,5 faiz olub

“Azərbaycanda innovasiya siyasətinin qurulması” qrant layihəsinin bağlanış tədbiri keçirilib

Prezident İlham Əliyev milli bayram münasibətilə Belarus Prezidentini təbrik edib

BMU Texnoparkının təşkil etdiyi ilk “My Technology” müsabiqəsi başa çatıb

Rusiya yeni kosmik stansiya quraşdırmağı planlaşdırır

Finlandiya Prezidenti: Çin Ukrayna münaqişəsini bir zənglə həll edə bilər

Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu

İtaliyada keçiriləcək turnirdə Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib

Brüsseldə “COP29: Yaşıl dünya naminə həmrəylik” adlı konfrans təşkil olunub

Muxtar Babayev: Biz maliyyə planları, büdcələri və hədəfləri ilə dəstəklənən etibarlı keçid yollarını qəbul etməliyik VİDEO

Daxili işlər naziri Qubada vətəndaşların müraciətini dinləyəcək

ADA Universitetinin nümayəndə heyəti Corc Vaşinqton Universitetində olub

“Lokomotiv və vaqonlar” hazırdır

Amerika Kubokunda 1/4 final cütlükləri bəlli olub

“CawaMedia” agentliyi Azərbaycanda qeyd ediləcək Ümumdünya Ətraf Mühit Günündən yazıb

KOBİA bizneslər arasında ESG prinsiplərini təbliğ edir

Azərbaycan idmançısı reytinq turnirində gümüş medal qazanıb

Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya

Misirdə binanın çökməsi nəticəsində 14 nəfər həlak olub

Vüsal Şıxəliyev: Bu il ESG prinsipləri üzrə güzəşt və imtiyazlar təqdim etməyə çalışırıq VİDEO

Naxçıvanda müəllimlərin işə qəbul üzrə müsabiqənin test imtahanının növbəti mərhələsinə 375 namizəd dəvət edilib

"Sabah" Ukrayna millisinin basketbolçusunu heyətinə qatıb

Şəkidə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Göygöl rayonunda növbəti Milli Yaylaq Festivalı təşkil olunacaq

Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq böyük perspektivlər vəd edir

BDU-da Türkiyənin Ankara Sosial Elmlər Universitetinin nümayəndələri ilə görüş

Nazir müavini: Bu gün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi həmişəkindən daha vacibdir

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 121-ə çatıb

Faktiki hava: Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib

“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı 38,6 faiz artıb

İsmayıllı rayonunda təsərrüfatların 80 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

“Azeri Light” markalı neft bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

"Naxçıvan istedadları” incəsənət festivalında 378 şagird iştirak edib

Qədim Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalına hazırlaşır

“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir

Sumqayıt şəhərinin Xəzər bağları yaşayış massivi ərazisində qanunsuz hasarlar sökülüb VİDEO

Yaponiyanın Baş naziri NATO-nun sammitində iştirak edəcək

“Dəmiryol nəqliyyatı haqqında Nizamnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DİN: Ölkə ərazisində qeydə alınan 26 cinayətin üstü açılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”nda və 2023-cü il 25 may tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının və ərazisinin xüsusi rejiminin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Toqoda “France 24” telekanalına son xəbərdarlıq edilib

İyun ayında sərhəd rejimi qaydalarını pozan 851 nəfər saxlanılıb

Böyük şirkətlər 2027-ci ilin sonuna qədər QR kodlarının sənayeyə qlobal tətbiqini dəstəkləyib

ABŞ Ukraynaya 2,3 milyard dollar dəyərində yeni yardım paketi ayıracaq

Vinçentso Montella: Futbolçularım komanda ruhunu ortaya qoydular VİDEO

Milli Prado Muzeyi "İspaniyada incəsənət və sosial dəyişikliklər (1885-1910)" adlı sərgini təqdim edir

Danimarkada xarici bayraqlardan istifadə məhdudlaşdırılır

Kral Çarlz Şotlandiyada səfərdədir

Gürcüstanda yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq halları artıb

Çexiya Vışeqrad dördlüyündə sədrliyi təhvil verir

Türkiyə millisinin qapıçısı: Bizim üçün dua edən hər kəsə minnətdarıq

Ərdoğan: Azərbaycanın qələbəsi Türkiyənin vicdanından Boraltan ləkəsini sildi

Ağstafada 3500 il əvvələ aid Qafqazda ilk ritual ibadətgah yeri tapılıb- FOTO VIDEO

Dövlət Departamenti: NATO sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında görüş istiqamətində işləməyə davam edəcəyik

Lənkəranda minik avtomobili velosipedçini vurub

Avro-2024: Türkiyə millisi 1/4 finala vəsiqə qazanıb YENİLƏNİB 5

İmişlidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Respublikaçı Alternativ (REAL) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 iyun tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Salyanda minik avtomobilləri və traktor toqquşub, yaralılar var

Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb