Azərbaycan İşgüzar Mərkəzinə “xüsusilə mühüm investisiya layihəsi” statusu verilib
Bakı, 12 mart, AZƏRTAC
Həştərxanda tikilməkdə olan Azərbaycan İşgüzar Mərkəzinə “xüsusilə mühüm investisiya layihəsi” statusu verilib.
AZƏRTAC TASS Agentliyinə istinadla xəbər verir ki, Həştərxan vilayətində “xüsusilə mühüm investisiya layihəsi” statusu ümumi investisiya həcmi təxminən 27 milyard rubl olan 11 layihəyə verilib. Bu status bir sıra üstünlükləri, o cümlədən təşkilatların gəlirinə və əmlakına aşağı vergi tarifi hüququnu təmin edir.
İnvestisiya həcmi 200 milyon rubldan çox olan Azərbaycan İşgüzar Mərkəzinin, habelə investisiya həcmi 300 milyon rubldan çox olan örtülü buz meydançasının tikintisi də ötən il belə layihələr sırasına daxil edilib.
Azərbaycan İşgüzar Mərkəzinin açılışı bu ilin aprel ayına nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]