AZƏRBAYCAN-İSPANİYA İŞ ADAMLARININ BİZNES-FORUMU KEÇİRİLMİŞDİR
ASK-nın prezidenti Ələkbər Məmmədov, statistik məlumatlara əsaslanaraq, Azərbaycan-İspaniya iqtisadi münasibətlərinin mövcud vəziyyətindən danışmış, ölkələrimiz arasında ticarət dövriyyəsinin zəif inkişaf etdiyini bildirmiş, bugünədək Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında iqtisadi sahəni əhatə edən heç bir sənədin imzalanmadığını diqqətə çatdırmışdır. Ə.Məmmədov qeyd etmişdir ki, Azərbaycan-İspaniya iqtisadi əlaqələrinin inkişaf etdirilməsi iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsinə, ölkəyə xarici investisiyaların cəlb olunmasına yardım göstərəcəkdir.
İspaniya Dekorativ İşıqlandırma Assosiasiyasının nümayəndəsi xanım Marta Fabuel Esteve biznes-forumun keçirilməsinin əhəmiyyətini vurğulamış, belə tədbirlərin gələcəkdə də təşkil edilməsinin zəruriliyini bildirmişdir.
Səfər çərçivəsində Azərbaycan-İspaniya iş adamlarının görüşləri keçiriləcəkdir.