İQTİSADİYYAT
“Azərbaycan İstehsalçılar Festivalı 2022” keçiriləcək
![“Azərbaycan İstehsalçılar Festivalı 2022” keçiriləcək](/files/2022/2/1200x630/1652282898844914368_1200x630.jpg)
Bakı, 11 may, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə mayın 20-22-də “Passage 1901”də istehsalla məşğul olan biznes subyektlərinin satış-sərgi yarmarkası - “Azərbaycan İstehsalçılar Festivalı 2022” keçiriləcək.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, yarmarkanın təşkilində məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.
Yarmarkada 150-yə yaxın biznes subyekti tərəfindən 3 gün müddətində tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və sair məhsullar, eləcə də xidmətlər təqdim olunacaq. Tədbir çərçivəsində, həmçinin öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün ikitərəfli görüşlər və tanınmış ekspertlərin iştirakı ilə məsləhət saatları təşkil ediləcək, uğurlu iş adamları ilə təcrübə mübadiləsi imkanı yaradılacaq.
Yarmarkada iştirak ödənişsizdir. Maraqlanan sahibkarlar https://bit.ly/3MseR2K linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.