AZƏRBAYCAN KANOEÇİSİ AVROPA ÇEMPİONUDUR
Bakı, 27 iyun (AZƏRTAC). Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, kanoeçimiz Valentin Demyanenko Almaniyanın Brandenburq şəhərində davam edən Avropa çempionatında 200 metrlik məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlamış və qızıl medal qazanmışdır.
O, seçmə mərhələdə 200 metrlik məsafəni 41 saniyə 266 mikrosaniyəyə qət edərək, I yeri tutaraq birbaşa əsas finala vəsiqə qazanmışdı. Həlledici mərhələdə isə 26 yaşlı kanoeçimiz Rusiya, Litva, Ukrayna, Almaniya, Macarıstan, Fransa, Rumıniya və Portuqaliya təmsilçiləri ilə mübarizə aparmış, bu dəfə eyni məsafəni 39 saniyə 308 mikrosaniyəyə qət edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Lakin bu, hələ son deyil. Kanoeçilərimiz daha 3 medal qazana bilərlər. İyunun 27-də Maksim Prokopenko-Sergey Bezuqlı dueti 2 nəfərlik qayıqda 1000 metrlik məsafəyə final yürüşündə çıxış edəcəkdir. İyunun 28-də Valentin Demyanenko birnəfərlik qayıqda 500 metrlik məsafəyə final yürüşünə qoşulacaqdır. Həmin gün Prokopenko-Bezuqlı cütlüyü 500 metrlik məsafəyə yürüşün final mərhələsində yarışacaqdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]