AZƏRBAYCAN KİNEMATOQRAFİYASININ KLASSİK NÜMUNƏLƏRİ İNGİLİS DİLİNƏ TƏRCÜMƏ OLUNUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan kinematoqrafiyasının klassik nümunələri “Arşın mal alan” və “O olmasın, bu olsun” filmləri ingilis dilinə tərcümə olunur. 1950-ci illərin istehsalı olan iki film-“Xəzər neftçiləri haqqında dastan” və “Dənizi fəth edənlər” ekran əsərləri artıq tərcümə edilmişdir.
İki aydır ki, dahi Üzeyir Hacıbəyovun eyni adlı operettaları əsasında müxtəlif illərdə çəkilmiş “Arşın mal alan” və “O olmasın, bu olsun” kinokomediyalarının subtitrlə ingilis dilinə tərcüməsi davam edir. Dublyaj layihəsi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Dövlət Filmfondunun arxivindəki nüsxə əsasında həyata keçirilir.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov layihə ilə bağlı bildirmişdir ki, məqsəd milli kino mədəniyyətimizi beynəlxalq aləmdə tanıtmaqdır.
Tərcümə yekunlaşdıqdan sonra filmlər disklərə toplanacaq və DVD formatında təqdim olunacaqdır. Layihə kommersiya xarakteri daşımadığına görə, disklər Azərbaycan günləri çərçivəsində xaricdə nümayiş etdiriləcəkdir. Həmçinin bu disklərdən səfirlik və diaspor təşkilatlarına da göndəriləcəkdir.
Yaxın gələcəkdə milli kino nümunələrimizin digər əcnəbi dillərə tərcüməsi də nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [22:14]
Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]