AZƏRBAYCAN KİTABXANALARI MÜASİRLƏŞDİRİLİR
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev AZƏRTAC-a bildirmişdir ki, kitabxanaların müasir tələblərə cavab verməsi üçün iş aparılır. Artıq Bakıda və bölgələrdə bu istiqamətdə tədbirlər görülür, bir sıra kitabxanalar bərpa olunur. 2008-ci ilin ikinci yarısından etibarən müvafiq layihənin icra olunmasına başlanılacaqdır.
Nazir qeyd etmişdir ki, kitabxanalarda aparılacaq islahatlar layihəsinin son variantına dair Nazirlər Kabineti və digər dövlət qurumları ilə danışıqlar aparılır.
Ə.Qarayev əmin etmişdir ki, ölkənin mövcud 12 min kitabxanasının maddi-texniki bazası möhkəmləndiriləcək, onların zəruri informasiya mərkəzinə çevrilməsi üçün tədbirlər görüləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:06]
Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO
- 05.06.2026 [11:37]
“Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri təşkil olunub
- 05.06.2026 [11:23]
Gənc rəssamın növbəti uğuru
- 05.06.2026 [10:57]
Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür
- 05.06.2026 [10:53]
Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır
- 05.06.2026 [10:37]