Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİMDİR

Qazaxıstanın “Kazinform” agentliyinin müxbiri Arnur Mühəmmədkərim Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi mühafizə dəstəsinin rəhbəri olmuş Qosman Japarovdan müsahibə almışdır. AZƏRTAC həmin müsahibəni qısa ixtisarla oxuculara təqdim edir.

Bakılı qazax Osman Paşa 60 ildən çoxdur ki, Azərbaycanın paytaxtında yaşayır. Deyilənə görə, onu bu adla Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev çağırırdı.

Heydər Əliyevin şəxsi mühafizəçisinin əsl adı-soyadı isə Qosman Japarovdur. SSRİ dövründə onun vəzifəsi rəhbər partiya və sovet orqanlarını mühafizə şöbəsinin rəisi adlanırdı.

Vətən müharibəsi və iki Qırmızı Ulduz ordenlərinə layiq görülmüş, sentyabrın 1-də 85 yaşı tamam olacaq Q.Japarov hazırda istirahətdədir. Buna baxmayaraq, 2007-ci ilin oktyabr ayına qədər Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin müşaviri işləmişdir, yəni yüksək vəzifəli şəxsləri mühafizə edən bu idarədə gənc nəslə hamilik məktəbinə rəhbərlik etmişdir.

-Qosman ata, necə oldu ki, siz Azərbaycana gedib çıxdınız?

-Mən 1923-cü ildə Qazaxıstanın Semipalatinsk vilayətində anadan olmuşam. 3 yaşım olanda atamı itirmişəm, anam isə repressiya illərində vəfat etmişdir. Başqa qohumlarım yox idi. Beləliklə, mən tam yetim qaldım.

Böyük Vətən müharibəsi başlananda 18 yaşım tamam olmuşdu və mən cəbhəyə getdim. 69-cu orduda xidmət edirdim, snayper idim. Müharibə qurtarandan sonra məni orduda saxladılar və hərbi xidmətimi davam etdirmək üçün Bakıdakı Salyan kazarmasında yerləşən hərbi hissəyə göndərdilər.

-Bəs, Vətənə qayıtmaq barədə düşünmürdünüz?

-Dediyim kimi Qazaxıstanda mənim qohumlarım qalmamışdı və bura isə mənim çox xoşuma gəldi. İnsanlar da xoşuma gəldi. Burada adamların danışdığı dil mənim ana dilimə oxşayır, dinimiz də birdir. Gördüyünüz kimi, mən ana dilimdə sərbəst danışıram və bu dili heç vaxt unutmayacağam. Mən Azərbaycanda qalmağı qət etdim. Bundan əlavə, müharibədən sonra mən gələcək həyat yoldaşım Gülsina ilə məhz Bakıda tanış olmuşam. Kazandan olan bu tatar qızının atası cəbhədə həlak olub. Bu il martın 15-də biz brilyant toyumuzu - ailə həyatımızın 60 illiyini qeyd etdik. Demək istəyirəm ki, Azərbaycan mənim üçün ikinci Vətən olmuşdur, lakin Qazaxıstanı xatırlayanda qəribsəyirəm.

-Bəs, Heydər Əliyevlə necə tanış oldunuz və necə oldu ki, sizi onun mühafizə dəstəsinin rəisi təyin etdilər?

-1951-ci ildə mən ordudan Daxili İşlər Nazirliyinə getdim. Uzun müddət cinayət axtarışı üzrə əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili işləmişəm. 1960-cı illərin axırlarında SSRİ Ali Milis Məktəbini “qırmızı diplom”la bitirmişəm, 1970-ci ildə isə rəhbər partiya və sovet orqanlarını mühafizə şöbəsinə başçılıq etmişəm.

Heydər Əliyevlə mənim yaxın tanışlığım bir növ rəqabətdən başlamışdır. Belə ki, o vaxt Heydər Əliyev Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olanda biz atıcılıq üzrə idarələrarası yarışlarda daim rastlaşırdıq. O, yaxşı atıcı idi və ən yaxşı atıcıları “duelə” çağırırdı. Bir dəfə mən onunla yarışmalı oldum: 70 metr məsafədən 10 qəpiklik pulu vurmalı idik. Əvvəlcə Heydər Əliyev atəş açdı və hədəfi vurdu. Mən hədəfi 80 metr məsafəyə qoymağı xahiş etdim və atəş açaraq onu vurdum. Bu, DTK-nın o vaxtkı rəhbərinin xoşuna gəldi, mən isə dedim ki, uşaq yaşlarımdan mergen - snayper olmuşam.

Məlum olduğu kimi, 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildi. O vaxt o, tabeliyində olanlara demişdi: “Mənə mühafizə dəstəmin rəisi kimi o bakılı qazax balası Qosman Japarov lazımdır”. Beləliklə, mən Heydər Əliyevin şəxsi mühafizəçisi oldum və onu qoruyacağıma söz verdim.

-Siz 1982-ci ildə Heydər Əliyev Moskvaya gedənə qədər bu vəzifədə xidmət etmisiniz. Həmişəlik yaddaşınızda həkk olunmuş hadisələr varmı?

-Bu 15 illər mənim həyatımın ən xoşbəxt illəri idi. Mən şadam ki, o dövrdə daim bu dahi İnsanın yanında olmuşam. Bəzən fikirləşirəm ki, ömrüm hədər getməyib. Yadımda qalanlara gəldikdə isə… Dinmühəmməd Əhmədoviç Kunayevlə görüşümü xatırlayıram. Bu, 1970-ci illərin ortalarında Kunayev Qazaxıstan Kommunist Partiyasının birinci katibi kimi Azərbaycana səfər edərkən olmuşdu. Heydər Əliyev məni çağırıb dedi ki, D.Kunayev özünün mühafizə dəstəsinin rəisi vəzifəsinə namizəd kimi səninlə maraqlanır. Sonradan mənə bu söhbətin nədən başlamasını söylədilər.

D.Kunayevi Bakı hava limanında qarşılayandan sonra biz onu müşayiət edən böyük nümayəndə heyətini Heydər Əliyevin iqamətgahına qədər müşayiət etdik. Orada Qazaxıstan rəhbəri Azərbaycan liderinə çox razılıq edərək bildirmişdi ki, onu müşayiət edən mühafizə əməkdaşlarından heç biri gözə dəymədi. Sonra o, mühafizə xidməti rəisinin kim olması ilə maraqlanmış, Heydər Əliyev də cavab vermişdi ki, onu sədaqətlə mühafizə edən qazax xalqının oğlu Qosman Japarovdur.

D.Kunayevin xahişi ilə məni onunla görüşdürəndə o, dərhal Qazaxıstanda eyni vəzifəni təklif etdi. Mən isə bu şirnikləndirici təklifdən nəzakətlə imtina edərək bildirdim ki, Heydər Əliyev bu vəzifədən gedənə qədər onu qoruyacağıma zabit kimi söz vermişəm.

Başqa müttəfiq respublikaların rəhbərlərindən də bu cür təkliflər olmuşdu.

-Ailə həyatınız necə olub razısınızmı?

-Ulu Tanrıya şükür edirəm ki, Gülsina kimi həyat yoldaşım var. İki qız və iki nəvə tərbiyə etmişik. Nəvələrim Emil və Marat babalarının yolunu davam etdirirlər. Hazırda mühafizə xidmətində zabit vəzifəsində çalışırlar. Mən polkovnik rütbəsində istefaya çıxmışam. Yetirmələrim general rütbəsi alanda bu xoş xəbəri qeyd etmək üçün ilk növbədə bizim evə gəlirlər.

-Öz Vətəninizə və həmvətənlərinizə hansı arzularınızı bildirmək istərdiniz?

-Qazaxıstanda baş verən hadisələrlə həmişə maraqlanıram. Qazax xalqının bəxti gətirib ki, Sovet İttifaqı dağılandan sonra müstəqil Qazaxıstan Respublikasının rəhbəri Nursultan Nazarbayev olmuşdur. O, öz xalqı üçün çox iş görmüşdür.

Hər bir xalqın, hər bir ölkənin çətin anında onun köməyinə gələn liderləri var. Azərbaycanda Heydər Əliyev, Qazaxıstanda isə Nursultan Nazarbayev məhz belə liderlərdir. Onlar yenicə müstəqillik əldə etmiş respublikalarında sabitliyi qoruyub saxlaya bildilər və sonradan bütün sahələrdə öz xalqlarını yüksək inkişaf səviyyəsinə çatdırdılar.

Mən öz Vətənimə firavanlıq, bütün həmvətənlərimə əmin-amanlıq arzulayıram!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Qurtuluş Günü və müstəqil məhkəmə sisteminin institusional təməlləri

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza