Azərbaycan parabadmintonçusu İndoneziyada iki medal qazanıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İndoneziyanın Surakarta şəhərində keçirilən “HYDROPLUS Indonesia Para Badminton International 2024” turnirində 1 gümüş və 1 bürünc medal qazanıb.
Azərbaycan Badminton Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, kişilərin şəxsi yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran idmançı yarımfinala kimi irəliləyib.
O, finalın bir addımlığında hindistanlı Rutik Raqupatiyə 0:2 (17-21,11-21) hesabı ilə uduzaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
İ.Əliyev kişilərin qoşa yarışında da mükafatçılar sırasında yer alıb. Sinqapur idmançısı Tay Vey Minqlə tandem təşkil edən parabadmintonçumuz İspaniya, Hindistan və İndoneziyanı təmsil edən rəqiblərinə qalib gələrək qrup lideri kimi pley-offa yüksəlib. Həlledici görüşdə Hindistanı təmsil edən Hardik Makkar-Rutik Raqupati qoşasına 0:2 (12-21,12-21) hesabı ilə uduzaraq turnirin gümüş medalına layiq görülüb.
Qeyd edək ki, 2022-ci ildən Azərbaycan idmanı tarixində ilk dəfə parabadminton yarışlarında təmsil olunmağa başlayan İbrahim Əliyev 2 il öncə məhz İndoneziyada keçirilmiş beynəlxalq turnirdə debüt edib. O zaman parabadmintonda ilk addımlarını atan İbrahim mübarizəni qrup mərhələsində dayandırmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [10:57]
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
- 06.10.2026 [10:50]
“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
- 06.10.2026 [10:32]
Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır
- 06.10.2026 [10:21]
Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq
- 06.10.2026 [02:00]
UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:12]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [21:11]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [20:33]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [20:00]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [19:49]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:27]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:16]