AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ-IN VİTSE-PREZİDENTİ RİÇARD ÇEYNİ İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Vaşinqtona səfəri çərçivəsində fevralın 26-da Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Riçard Çeyni ilə görüşmüşdür.
Cənab Çeyninin iqamətgahında keçirilən görüşdə hər iki ölkəni maraqlandıran çoxsaylı məsələlər, xüsusilə də beynəlxalq antiterror koalisiyasında Azərbaycanın fəal iştirakı, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılması, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli barədə fikir mübadiləsi aparılmışdır.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev fevralın 26-da axşam öz iqamətgahında ABŞ-a səfərinin nəticələri, Vaşinqtonda keçirdiyi yüksək səviyyəli görüşlər barədə jurnalistlərə ətraflı məlumat vermişdir.