AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN KLİVLENDDƏN ANS TELEKANALINA TELEFONLA MƏXSUSİ MÜSAHİBƏSİ
Martın 4-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-ın Klivlend şəhərindəki klinikadan ANS telekanalına məxsusi müsahibə vermişdir.
SUAL: Cənab Prezident, özünüzü necə hiss edirsiniz?
CAVAB: Özümü çox yaxşı hiss eləyirəm. Hər şey yaxşıdır. Heç nədən narahat olmayın. Səhhətim çox yaxşıdır. Müayinə hər il keçir. İndi də müayinə keçdi, nəticələri çox yaxşı oldu. Hər şey yaxşıdır.
SUAL: Cənab Prezident, əməliyyat aparılması Sizin təşəbbüsünüz idi, yoxsa həkimlər təklif etdilər?
CAVAB: Bu məsələ əvvəl də var idi. Həkimlər bu əməliyyatı keçirməyi təklif etdilər, mən də razı oldum. Həftənin birinci günü, yəni dünən əməliyyat keçirildi. Bu gün artıq özümü çox yaxşı hiss edirəm.
SUAL: Cənab Prezident, inşallah nə vaxt qayıdırsınız?
CAVAB: İnşallah, üç-dörd günə qayıdıram.
JURNALİST: Cənab Prezident, od çərşənbəsi münasibətilə Sizi təbrik edirik.
HEYDƏR ƏLİYEV: Sağ olun, mən də sizi təbrik edirəm, cansağlığı arzulayıram. Novruz bayramınızı da təbrik edirəm, bu bayramı mən də çox böyük arzularla gözləyirəm. Təşəkkür edirəm, salamlar söyləyin.
JURNALİST: Cənab Prezident, çox sağ olun ki, müsahibə üçün ANS-i seçdiniz.