Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

Son günlər ölkəmizdə bir neçə ictimai-siyasi tədbir keçirilmişdir. Əgər bir az əvvəlki günləri götürsək, Xalq Cümhuriyyətinin 85 illiyi ilə əlaqədar tədbirlər, indi Qurtuluş günü ilə əlaqədar tədbirlər və başqa tədbirlər keçirilmişdir. Mən müşahidə edirəm ki, ümumiyyətlə, son aylarda ölkəmizdə ictimai-siyasi tədbirlər mənalı keçir, insanların birləşməsinə, bir-birinə daha da yaxın olmasına kömək edir. Xüsusən, həm yaşlı nəslə, həm də gənc nəslə çox gözəl imkan verir ki, onların estetik səviyyəsi daha da yüksəlsin. 

Mən dünən televiziya ilə Milli parkda keçirilən tədbirə baxırdım. Əvvəldən axıradək baxdım. Çox gözəl idi, indiyə qədər belə şey olmamışdı. Yaxşı təşkil edilmişdi. Orada nə qədər adam olduğunu bilmirəm, hər halda, bizim Milli park insanlarla dolu idi. Məni maraqlandıran bir cəhət də əksəriyyətin gənclər olması idi. Saat 8-də başladı, fikirləşdim, yəqin ki, bir saatdan sonra camaat dağılışacaq, mən də televizorun qabağından durub gedərəm. Amma saat 8-dən 12-nin yarısınadək adamlar dağılışmadı, heç kəs getmədi. Konsertin axırıncı nömrələrinə elə qulaq asırdılar ki, elə bil, təzəcə başlamışdır.

Düzü, mən televizora çox baxmağı sevənlərdən deyiləm. Fikirləşirdim ki, bir hissəsinə baxaram, qalanını da mənə danışarlar. Amma mən ayrıla bilmədim, dedim ki, bir on dəqiqə də oturum, on dəqiqə də oturum..., ondan sonra da gördüm ki, atəşfəşanlıq oldu, amma bununla qurtarmadı.

Təbrik edirəm, bunu yaxşı keçirmisiniz. Təkcə musiqi, mahnı proqramı deyildi. Bizim xalqın, millətin indiki yaşayış səviyyəsini, həyat səviyyəsini və estetik səviyyəsini göstərirdi. Mən gördüm, adamlar var idi ki, uşaqları boyunlarına almışdılar. Fikirləşirdim ki, yorulacaqlar, amma bir saat, iki saat keçdi, heç yorulmadılar. Çox yaxşıdır. Təbii ki, bu da bizim Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyin xalq üçün, millət üçün verdiyi gözəl töhfələrdir.

Mən sizi təbrik edirəm. Təşəkkür edirəm ki, izdihamlı, eyni zamanda çox məzmunlu, mənalı bir bayram keçirdiniz. Ondan əvvəl Yeni Azərbaycan Partiyası Opera və Balet Teatrında Milli qurtuluş gününün 10 illiyinə həsr olunmuş bayram keçirmişdir. Düzü, mənim yadımdan çıxıb ki, bunun 10 ili tamam olubdur. Vaxt çox tez gəlib keçibdir. Mən baxdım, məruzəçi Abutalıbovu da dinlədim, çox adam vardı, Ramiz Mehdiyev də, Murtuz müəllim də orada idi. Konsert proqramı oldu, çox yaxşı tədbir oldu.

Rayonlarda başqa tədbirlər keçirdilər. Bunlar, keçən illərdəkindən fərqlənir. Mən hesab edirəm ki, indiki ictimai-siyasi durum, əhval-ruhiyyə ən yüksək səviyyədədir. Təbii ki, bu da insanların həm həyat tərzi, həm yaşayışı ilə, həm də bütün başqa məsələlərlə əlaqədardır. Əgər insanlar rahat olmasalar, hansısa çatışmazlıqları olsa, şəhərin o başından Milli parka gəlməyəcəklər. Bu, bizim xalqımızın yüksək mədəni, siyasi səviyyəsini nümayiş etdirir.

Mən sizə bunları demək istəyirdim. Həm də istədim ki, sizi dinləyim. Yaxşı cəhətləri mən sizə dedim. Amma nöqsansız da deyil. Məsələn, dedilər atəşfəşanlıq olacaq. Mən balkona çıxdım ki, oradan daha yaxşı görüm. Atəşfəşanlıq yaxşı olmadı. Sizin bəzi raketlər zay idi, heç yuxarıya qalxmırdı. Mən gözləyirdim ki, atəşfəşanlıq o tərəfdən, bu tərəfdən bütün səmanı bürüyəcəkdir. Bu cəhətdən yaxşı işləyə bilməmisiniz. Əgər sizə zay raketlər veriblərsə, görün başqalarına nə veriblər. Sözün həqiqi mənasında atəşfəşanlıq olmadı. Mən də balkonda durub, gözləyirdim ki, hələ bundan sonra olacaqdır. Amma bununla da qurtardı. Mən bir çatızmazlığı dedim. Qalanlarını da özünüz bilirsiniz.

X X X

Prezidentin İcra Aparatının rəhbəri RAMİZ MEHDİYEV müşavirədə çıxış edərək bildirdi ki, həqiqətən, Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi ilə əlaqədar ölkəmizdə geniş tədbirlər - elmi konfranslar, yığıncaqlar, təntənəli iclaslar keçirilmişdir. Bütün bunlar barədə televiziya və mətbuat vasitəsilə məlumat verilmişdir. Təxminən bir həftədir ki, respublikanın hər yerində Milli qurtuluş günü ilə əlaqədar ən müxtəlif tədbirlər keçirilir. İyunun 15-də isə Bakı şəhərində bu münasibətlə möhtəşəm bayram şənlikləri təşkil olunmuşdur.

İcra Aparatının rəhbəri dedi ki, builki tədbirlər ötən illərdəkindən tamamilə fərqlənir. İnsanların bu şənliklərdə yaxından iştirak etməsi həm də onların yaşayış tərzindəki, əhval-ruhiyyəsindəki dəyişiklikdən xəbər verir. Builki bayram tədbirləri əvvəlkilərdən məzmun baxımından da fərqlənir. Şənliklərə toplaşan insanlar çıxış edərək, Prezidentimizin siyasəti, ölkə həyatının müxtəlif sahələrində gedən müsbət proseslər haqqında fikirlərini söyləyirdilər. Bu tədbirlər xalqımızın öz Prezidentinə dərin hörmət və ehtiramını bir daha nümayiş etdirdi.

R.Mehdiyev xüsusi vurğuladı ki, həqiqətən də, Azərbaycanda ictimai-siyasi vəziyyət çox yaxşıdır və xalq öz Prezidentini sevir, qarşıdakı seçkilərdə də ona səs verəcəkdir. Biz bu yöndə tədbirləri davam etdirməli, işimizi daha da təkmilləşdirməli və qarşımıza qoyduğumuz vəzifələrin yerinə yetirilməsinə nail olmalıyıq.

Müşavirədə Qurtuluş günü münasibətilə iyunun 15-də Milli parkda Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan televiziyasının yüksək səviyyədə təşkil etdikləri bayram şənliyindən razılıqla bəhs olundu.

Şəhər İcra Hakimiyyətinin başçısı HACIBALA ABUTALIBOV da bildirdi ki, paytaxtda həm Respublika gününə, həm də Milli qurtuluş gününə həsr edilmiş tədbirlər yüksək səviyyədə keçmişdir. Bunları yüksək qiymətləndirdiyinə görə, Prezident Heydər Əliyevə minnətdarlıq edən icra hakimiyyətinin başçısı söz verdi ki, bu işdə olan çatışmazlıqlar gələcəkdə aradan qaldırılacaqdır.

H.Abutalıbov məlumat verdi ki, hazırda paytaxtın bütün küçələrində əsaslı və cari təmir işləri gedir. Bu günlərdə isə hava limanından Mərdəkan yoluna qədər olan magistralın əsaslı təmirinə başlanacaqdır. Hazırda yolun həmin hissəsi çox pis vəziyyətdədir. O, dövlətimizin başçısını əmin etdi ki, Bakının bütün parkları və bağları yüksək səviyyədədir. Çalışacağıq sentyabrın 1-dək şəhərimizin bütün rayonlarında hər bir həyət, məhəllə yüksək səviyyədə istirahət guşəsi olsun. Bütün bunlar Prezidentimizin ölkədə yaratdığı ictimai-siyasi sabitliyin nəticəsidir. İyunun 15-də Milli parkda keçirilən bayram şənliyinə insanların çoxu ailə üzvləri ilə birlikdə gəlmişdi. Biz özümüz bütün günü orada olmuşuq, hamı Prezidentimizə minnətdarlıq edir, uzun ömür, möhkəm cansağlığı arzulayırdı. Bu, bir daha sübut edir ki, insanlar qarşıdakı seçkilərdə yenə də öz prezidentlərinə səs verəcəklər. Bir milyondan çox əhalinin bayram şənliklərində həvəslə iştirak etməsi dövlətimizin başçısına ümumxalq məhəbbətinin əyani təzahürü idi.

İcra hakimiyyətinin başçısı dedi ki, parka gələnlərin sayı 1 milyon 300 min nəfərdən çox idi. Biz hətta Azərneft meydanından Azadlıq meydanınadək ərazidə prospektdəki minik maşınlarının götürülməsi barədə göstəriş verməyə məcbur olmuşduq. Gecə saat birin yarısında park hələ də boşalmamışdı.

Yeni Azərbaycan Partiyasının icraçı katibi, Milli Məclisin deputatı ƏLİ ƏHMƏDOV əvvəlki çıxışlarda deyilənlərlə razılaşaraq bildirdi ki, bu bayram tədbirlərinin belə əzəmətli olmasının bir neçə səbəbi var. Bu, ilk növbədə ölkədəki əmin-amanlıqla, insanların ailə qayğılarının olmaması və ümumi əhval-ruhiyyənin yüksəlməsi ilə bağlıdır. Lakin eyni zamanda, bu bayram tədbirləri insanları xəyalən 10 il bundan əvvəlki günlərə aparır. O dövrə ki, adamlar axşam qaranlıq düşəndə həyətə, küçəyə çıxa bilmirdilər, övladlarının təhlükəsizliyi sarıdan narahatlıq keçirirdilər. İnsanlar həmin günləri unutmamışlar. Respublika gününün və ondan az sonra Milli qurtuluş gününün qeyd edilməsi Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olmasının daha bir sübutuna çevrildi və insanlar buna ürəkdən inanırlar. İnsanlarımız bilirlər ki, Milli qurtuluş günü Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışının bayramıdır. Ona görə də bu, həmin təntənələrdə iştirak edən insanların ötən on ildə ölkəmizin həyatındakı bütün müsbət dəyişikliklərin əsl səbəbkarı olan Prezident Heydər Əliyevi qarşıdakı seçkilərdə də birmənalı şəkildə dəstəkləyəcəyini sübut edir. İnsanların əhval-ruhiyyəsi kifayət qədər yüksəkdir və onlar sabaha inamla baxılar. Dərk edirlər ki, bugünkü dinc həyatı, əmin-amanlığı Heydər Əliyev təmin edib və onun gələcəkdə davam etdirilməsi də Heydər Əliyevin adı ilə bağlı olacaqdır. Bu, həmin tədbirlərdən bizim çıxardığımız əsas nəticədir.

Prezident HEYDƏR ƏLİYEV müşavirə iştirakçılarına tapşırdı ki, bu tədbirlərin hamısını bir daha gözdən keçirsinlər, yaxşı cəhətlərdən gələcəkdə də istifadə etsinlər, çatışmazlıqları aradan qaldırsınlar ki, xalqın əhval-ruhiyyəsi daha da yüksək olsun.

Prezidentin İcra Aparatının rəhbəri RAMİZ MEHDİYEV məlumat verdi ki, Müstəqil Araşdırmalar Mərkəzi may ayında sorğu aparmışdır. Bu sorğunun nəticələri ABŞ-ın Respublikaçılar İnstitutunun əvvəllər keçirdiyi sorğunun nəticələrini tamamilə təsdiqləyir, hətta bəzi göstəricilərdə onu üstələyir. Ona görə də indi burada səslənənən fikirlərin real əsası vardır. Ölkədəki vəziyyət bunu bir daha təsdiq edir.

Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri ƏLİ HƏSƏNOV çıxışında bildirdi ki, bayram günlərində Türkiyədən gəlmiş bir qrup junalist də respublikamızda idi. Onlar həm Bakının ayrı-ayrı rayonlarında keçirilən tədbirləri, həm də Milli parkdakı bayram şənliyini öz gözləri ilə görmüşlər. Onlar deyirdilər ki, dünyanın heç bir ölkəsində xalq ilə ölkənin rəhbəri arasında belə yaxınlıq yoxdur, seçkilərə hələ bir neçə ay qalmış xalq bu tədbirlərdə fəal iştirak etməklə öz münasibətini açıq ifadə edir. Türkiyədən, eləcə də Rusiyadan gəlmiş jurnalistlər Azərbaycandakı ictimai-siyasi vəziyyət və xalqımızın əhval-ruhiyyəsi barədə təəssüratı bilavasitə özləri hər şeyi görüb aldılar.

X X X

Müşavirədə Prezidentin İşlər idarəsinin müdiri Akif Muradverdiyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə və Prezidentin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Berlian Helmi: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib

Torpaqdan yoğrulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib