RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in baş katibini qəbul etmişdir
![Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in baş katibini qəbul etmişdir](/files/2012/2/1200x630/14847422102991539614_1200x630.jpg)
Bakı, 9 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da ATƏT-in baş katibi Lamberto Zannieri qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.