Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Suraxanı rayonunda görülən abadlıq və yenidənqurma işləri ilə tanış olmuşdur

Azərbaycan Prezidenti İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Suraxanı rayonunda görülən abadlıq və yenidənqurma işləri ilə tanış olmuşdur

Bakı, 14 iyul (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr edilmiş müşavirədə verdiyi tapşırıqların icrası ilə yerində tanışlıq çərçivəsində iyulun 14-də Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində olmuşdur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəsəbənin sxemi əsasında görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirdi ki, müşavirədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, Suraxanı rayonunda da genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Yeni Suraxanı qəsəbəsində 150 min kvadratmetr yola yeni asfalt örtüyünün döşənməsi artıq başa çatdırılır. Qəsəbələrarası yollar boyunca işıqlandırma sistemi dəyişdirilmiş, 300-ə yaxın işıq dirəyi quraşdırılmışdır. Piyadaların rahat hərəkəti üçün səkilər təmir olunmuşdur. Qəsəbədə çirkab və qrunt sularının axıdılması üçün nəzərdə tutulan kanal bərpa edilmişdir.

Qəsəbədə görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev sakinlərlə görüşdü.

Prezident İlham ƏLİYEV: Qəsəbədə işlər yaxşı gedir.

SAKİN: Əvvəla, Suraxanı əhli adından Sizi salamlayıram, “Xoş gəlmisiniz!” deyirəm. Mən burada kənddə 74 ildir yaşayıram. Amma belə güclü abadlıq işlərini, infrastrukturun inkişafını heç vaxt görməmişəm. Düzdür, 1999-cu ildə ulu öndər Heydər Əliyev burada olub, xoşbəxt bir adamam ki, onu qarşılamaq mənə də nəsib olmuşdur. Onun şərəfinə burada Heydər parkı salınıb və Heydər məscidi tikilib. Mən özümü xoşbəxt hesab edirəm ki, bu gün onun varisi, işinin davamçısı İlham Əliyevdir. Mən Sizə uzun ömür, cansağlığı arzulayıram. Ancaq bir xahişim də var. Yeni Suraxanıda vaxtilə mənim oxuduğum 101 nömrəli məktəbin, - 1941-1945-ci illərdə hərbi hospital olub, - zirzəmisi su ilə doludur. 400 nəfərlik məktəbdə 800 nəfər oxuyur. İmkan daxilində yeni məktəb binası tikilsin, idman kompleksi də olsa yaxşı olar. Mədəniyyət sarayı da bərbad vəziyyətdədir. İndiki tələblərə heç cür uyğun gəlmir. Əgər mədəniyyət sarayı da təmir edilsəydi əla olardı. Sizə bu yolda uğurlar, cansağlığı arzulayıram.

Ən əsası odur ki, Siz həmişə bütün problemlərin həllinə fikir verirsiniz. Məsələn, srağagünkü nitqinizə qulaq asdım, demək olar ki, bütün problemlər aradan qaldırılır. Sizə bu yolda uğurlar, uzun ömür, Ulu Tanrıdan cansağlığı arzulayıram.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Ölkəmizdə ümumiyyətlə, işlər yaxşı gedir və Nazirlər Kabinetinin srağagünkü iclasında bir daha bu il ərzində görülmüş işlər təhlil edildi və ilin sonuna qədər görüləcək işlər haqqında da müvafiq göstərişlər verilmişdir. Ölkəmizdə çoxsaylı proqramlar icra edilir. Bu proqramlar bütün sahələri əhatə edir və onların arasında böyük əhəmiyyətə malik olan “Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da vardır. Bu Proqram bu il qəbul edilib və demək olar ki, qısa müddət ərzində bütün qəsəbələrdə çox sürətlə işlər aparılır.

Siz bunu Suraxanı qəsəbəsinin timsalında görürsünüz.

Bütün qəsəbədaxili yollar çəkilib. Gözəl, keyfiyyətli yollardır. Burada yeni məktəbin tikintisi də nəzərdə tutulubdur. Yəni proqram çox dəqiqdir, çox konkretdir və hər qəsəbə üzrə orada konkret tapşırıqlar verilmişdir.

Əvvəlki dövrdə Suraxanı qəsəbəsində işlər görülmüşdür. Burada işıq, qaz problemi həll olunmuşdur. Hətta içməli su problemi də həll edilmişdir. Qalıbdır kənd yolları. Yollar bərbad vəziyyətdə idi. Əksər yollar torpaq yollar idi. Artıq bu xəritədə göstərilir ki, qəsəbədaxili yolların 50 faizi asfaltlanıb. Bir də kanalizasiya sisteminin yaradılması qalır. Əfsuslar olsun ki, bu iş nəinki bu qəsəbədə, heç Bakı şəhərində və ümumiyyətlə, ölkəmizdə lazımi səviyyədə qurulmamışdır.

2013-cü ilə qədər bütün qəsəbələrdə bax bu infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində, demək olar ki, əsas sosial-iqtisadi məsələlər öz həllini tapacaqdır.

O ki qaldı Suraxanı qəsəbəsinə, mən əminəm ki, burada işlər daha da qısa müddət ərzində başa çatacaq və biz lazım olan, həllini gözləyən məsələlər haqqında da əlavə göstərişlər də verəcəyik. Proqram qəbul edilən zaman, əlbəttə ki, yerlərdən təkliflər verilmişdi, müraciətlər olunmuşdu, bütün məsələlər təhlil edilmişdi. Ancaq hər bir məsələni proqramın tərkibinə salmaq çox çətindir. Lakin bilirsiniz ki, mən müntəzəm olaraq qəsəbələrdə oluram, sizdən soruşmaq istəyirəm ki, hansı məsələlər daha çox narahat edir ki, biz 2013-cü ilə qədər onları da həll edək. Əminəm, artıq bir neçə ay ərzində görülən bu nəhəng işlər ümid verir ki, yaxın zamanlarda bütün məsələlər öz həllini tapacaqdır. Eyni zamanda, qəsəbə sakinlərinin məşğulluğu məsələləri də diqqət mərkəzindədir və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə artıq qəsəbə sakinləri üçün də kreditlərin verilməsi başlanmışdır. Suraxanı qəsəbəsində də bu işlər lazımi səviyyədə görüləcəkdir.

Mən gəlmişəm ki, bu gün sizinlə görüşüm, ilk növbədə, görüm ki, işlər necə gedir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı mənə mütəmadi qaydada məlumatlar verir. Ancaq öz gözümlə görmək istərdim ki, işlər necə gedir və biz əlavə nə etməliyik.

SAKİN: Hörmətli Prezident, bizim qəsəbəmiz köhnə qəsəbədir. Bu on gün müddətində elə gözəlləşib, elə abadlaşdırılıb ki. Mən Sizə təşəkkür edirəm, uzun ömür, cansağlığı arzulayıram.

Ancaq bizim qəsəbədə problemlərimiz də var. Əsas problem odur ki, aşağı məhəllələrdə kanalizasiya yoxdur, məktəbin təmirə ehtiyacı var. Xahiş edirik, bunları nəzərə alasınız. Çox sağ olun, Sizə təşəkkür edirik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Məktəb məsələsi ilə bağlı mənə məlumat verilib. İndi gedib baxacağam, orada işlər görüləcəkdir. Kanalizasiya məsələsi də proqramın tərkib hissəsidir və bütün qəsəbələrdə, o cümlədən bu qəsəbədə də kanalizasiya məsələləri öz həllini tapacaqdır.

Ümumiyyətlə, son illər ərzində görülmüş işlər, əvvəlki dövrdə yığılmış problemlərin həlli üçün də çox təsirli olmuşdur. Çünki əvvəlki dövrdə işıq problemi var idi, qaz yox idi, su yox idi. İndi bütün bunlar həll edilib və belə də olmalıdır. Bunlar elə məsələlərdir ki, nəinki Bakıda və ətraf qəsəbələrdə, respublikamızın hər bir yerində öz həllini tapmalıdır, tapır və tapacaqdır. İndi sürətlə qazlaşdırma layihəsi həyata keçirilir. Heç vaxt tarixdə qazlaşdırılmayan kəndlərə qaz xətləri çəkilir. Kanalizasiya, su problemlərinin həlli üçün böyük layihələr həyata keçirilir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dövləti bu məsələlərin həlli üçün həm iradəyə, həm də ki imkanlara malikdir. İmkanları da biz yaradırıq, Azərbaycan xalqı yaradır. Bugünkü Azərbaycan Azərbaycan xalqının zəhməti hesabına yaradılmışdır.

Bu gün Azərbaycanın tarixində çox əlamətdar bir gündür - iyulun 14-dür.

SAKİN: 1969-cu il.

Prezident İlham ƏLİYEV: Bəli, 42 il bundan əvvəl ulu öndər Azərbaycanda rəhbərliyə gəlmişdir. O dövrdə, o, gələnə qədər respublika, demək olar ki, Sovet İttifaqında ən geridəki yerlərdə idi. Onun işlədiyi dövr ərzində isə bütün göstəricilərə görə birinci sıralara gəlib çatdı. O vaxt Sovet İttifaqında cəmi iki respublika var idi ki, öz hesabına yaşayırdı və hətta ümumittifaq büdcəsinə də töhfələr verirdi. Onlardan biri də Azərbaycan idi. Oxşar vəziyyət 1990-cı illərin əvvəllərində də yaranmışdı. Müstəqilliyimizin ilk illərində Azərbaycan, demək olar ki, uçurum kənarında idi. Yenə də Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlməsi nəticəsində biz bu inkişafa nail ola bildik.

Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, dünya miqyasında son beş ildə ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Azərbaycan bu gün o ölkədir ki, yenə də öz hesabına yaşayır və gündən-günə daha da yaxşı yaşayır - həm iqtisadi məsələlər həll olunur, həm də sosial məsələlər. Bu qəsəbədə görülən işlərin hamısı sosialyönümlüdür. Yol çəkilişi - bu, böyük vəsait tələb edir. Biz bunu edirik ki, insanlar daha da yaxşı yaşasınlar. Bütün infrastruktur layihələri, məktəb tikintisi. Siz mədəniyyət evinin tikintisi ilə bağlı məsələ qaldırdınız. Buna da baxacağıq. Bütün bunlar sosial xarakter daşıyır. Yəni bu, o investisiya deyil ki, sonradan gəlir gətirsin. Bunu edirik ki, insanlar yaxşı, rahat, təhlükəsizlik şəraitdə və gözəl, necə deyərlər, abad qəsəbələrdə yaşasınlar.

Sakinlər dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.

X X X

Prezident İlham Əliyev sonra qəsəbədəki parkda görülən abadlıq və yenidənqurma işləri ilə tanış oldu. Burada sakinlərin asudə vaxtlarını səmərəli keçirmələrindən ötrü lazımi şərait, uşaqlar üçün əyləncə yerləri yaradılmışdır.

Dövlətimizin başçısı daha sonra Yeni Suraxanı qəsəbəsinin mərkəzində yerləşən 14 İyul küçəsinə gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycana ilk dəfə siyasi rəhbərliyə gəlməsinin şərəfinə ucaldılmış memorial abidə kompleksi ilə tanış oldu, bu küçənin sakinləri ilə söhbət etdi.

SAKİN: Sizə canım qurban, Allah Sizi əskik etməsin. Ömrünüz uzun olsun. Allah balalarınızı saxlasın.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Burada, qəsəbədə işlər aparılır. Daha da yaxşı olacaqdır. Bütün məsələləri həll edəcəyik.

SAKİN: Sizə canım qurban, Siz şəhəri, küçələrin hamısını gözəlləşdirmisiniz.

Prezident İlham ƏLİYEV: Suraxanı qəsəbəsi də gözəl olmalıdır. Hər yerdə yol vardır. Biz kömək göstərəcəyik, qəsəbədə bütün işlər yaxşı gedəcəkdir.

SAKİNLƏR: Sizi görəndə ürəyimiz açılır.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, sağ olun.

X X X

Xatırladaq ki, Prezident İlham Əliyev ötən dəfə Yeni Suraxanı qəsəbəsində olarkən qəsəbə sakinləri 85 nömrəli orta məktəbin bir korpusunun tamamilə yararsız vəziyyətdə olduğunu bildirmiş və bu tədris ocağının yenidən qurulmasına kömək göstərilməsini xahiş etmişdilər. Dövlət başçısının bununla əlaqədar verdiyi tapşırığa uyğun olaraq, məktəbin qəza vəziyyətində olan korpusu sökülərək yerində 480 şagirdlik yeni korpusun inşası nəzərdə tutulur. Prezidentə məlumat verildi ki, məktəbin yerləşdiyi küçəyə 12 min kvadratmetr asfalt döşənmiş, 200 işıq dirəyi yeniləri ilə əvəz olunmuşdur.

Məktəbin kollektivi ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

- Məktəbin təməl daşı qoyulur. Çox gözəl məktəb olacaqdır. İndi mənə deyirlər ki, bəlkə bu məktəbi böyüdək, burada uşaqlar çoxdur. Bu, 480 şagirdlikdir. Bəlkə də daha da böyük məktəbə ehtiyac vardır. Ona görə hesab edirəm ki, bu məsələyə də baxmaq olar.

SAKİN: Hörmətli İlham müəllim. Məktəbimizə xoş gəlmisiniz. Gələn ayaqlarınız var olsun. Bizim məktəbimizin binası 1883-cü ildə tikilmiş, 1902-ci ildən isə məktəb kimi istifadə olunur. 260 şagird üçün nəzərdə tutulan bu binada iki növbədə 800-dən artıq şagird oxuyur. Dörd ildir ki, orta məktəb kimi fəaliyyət göstərir. 2006/2007-ci tədris ilindən Təhsil Nazirliyinin göstərişi ilə iki yardımçı bina tikilib istifadəyə verilmişdir. Amma onlar yararsızdır, çatdır. Əgər Sizə zəhmət olmazsa, gedib baxarıq. Xahiş edirik.

Prezident İlham ƏLİYEV: Mən mütləq baxacağam. Çünki birinci dəfə deyil ki, bir neçə il əvvəl tikilmiş məktəblər yararsız vəziyyətə düşmüşdür. Mərdəkan qəsəbəsində də oxşar vəziyyətlə üzləşmişdik. Bu, yolverilməzdir. Əlbəttə ki, ciddi tədbirlər görüləcəkdir. Ona görə göstəriş verilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Bakıda qəzalı vəziyyətdə olan bütün məktəblərin tikintisi ilə bağlı işlər görsün. “Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edilmişdir. O proqramda qəsəbələrin demək olar ki, bütün məsələlərinin həlli nəzərdə tutulur, o cümlədən məktəb tikintisi. Qəzalı vəziyyətdə olan məktəblər hələ ki həm Bakıda, ətraf qəsəbələrdə, həm də digər şəhər və rayonlarda vardır. Onların bərpası və yenidən qurulması mütləq olacaqdır. Bu məktəbin təmiri ilə bağlı da müvafiq göstərişlər veriləcəkdir.

SAKİN: Hörmətli İlham müəllim, eşitdiyimizə görə, məktəb 480 şagird üçün nəzərdə tutulub. Əgər mümkün olarsa, bu məktəbi 640 yerlik edin. Ona görə ki, biz istəyirik orada idman, akt zalları, kompyuter otağı olsun. Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, mən Yer üzündə müəllimdən böyük ad tanımıram. İndi isə ulu öndərimizin layiqli davamçısı olan İlham Əliyev müəllimlərə dövlət qulluqçusu statusu vermişdir. Bunun üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun. Mənə məruzə edildi ki, məktəbin tikintisi ilə bağlı əlavə təkliflər var ki, məktəbdə oxumaq istəyən bütün uşaqlar burada oxusunlar. Biz məktəbi genişləndirəcəyik. Yəqin ki, layihəyə müvafiq düzəlişlər də edilməlidir. Bütövlükdə biz elə etməliyik ki, Azərbaycanda bütün məktəblər yaxşı səviyyədə olsun. Həm gözəl olsun, həm də ki, avadanlıqla təchiz edilsin. Bu istiqamətdə böyük işlər görülmüşdür. İki mindən artıq məktəb tikilib, ancaq hələ görüləsi işlər çoxdur. Bu məktəb isə gözəl olacaqdır, əlbəttə burada idman zalı da, akt zalı da olmalıdır. Bununla bağlı bütün lazımi göstərişlər veriləcəkdir.

Gedək, bir yerdə təməlqoymada iştirak edək.

X X X

Prezident İlham Əliyev məktəbin kollektivi ilə birlikdə yeni tədris korpusunun təməlqoyma mərasimində iştirak etdi, beton qarışığı tökən qurğunu işə saldı. Dövlət başçısı daha sonra məktəbin qəzalı vəziyyətdəki digər korpusu ilə də tanış oldu və müvafiq tapşırıqlarını verdi.

Məktəbin kollektivi və inşaatçılar dövlətimizin başçısı ilə xatirə şəkilləri çəkdirdilər.

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ŞKTR-in maliyyə naziri Azərbaycanla əlaqələrin inkişafını alqışlayıb

Baş dövlət baytarlıq müfəttişi: Azərbaycanda heyvanlar arasında kəskin, xüsusi təhlükəli infeksion xəstəlik mövcud deyil

Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib VİDEO

UNEC rektoru abituriyentlərlə görüşəcək

Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir

Amerika Kuboku: ABŞ millisi qrupda qalıb, Panama növbəti mərhələyə yüksəlib

Hindistanın şimal-şərqində 640 min nəfər daşqınlardan zərər çəkib

Avropa Yayım Birliyi “Eurovision”da iştirak qaydalarını sərtləşdirir

Vətəndaşlar üç ədəd tüfəngi polis orqanlarına təhvil verib

Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan “Baker Hughes” və “Zhero” şirkətləri ilə əməkdaşlıq prioritetlərini müzakirə edib

“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert

“ASAN xidmət” modeli əsasında İndoneziyada 200-dən çox mərkəz yaradılıb

Ermənistanda hava limanında bomba xəbərdarlığı edilib

DİN: İyulun ilk günü 18 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Avro-2024: Türkiyə millisi bu gün Avstriya ilə qarşılaşacaq

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

® Bakıda salınan yeni körpünün inşasında “STP Şirkətlər Qrupu” iştirak edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

Monqolustan parlamenti yeni spiker seçib

Türkiyə Nazirlər Kabinetinin iclasında Prezident Ərdoğanın dörd ölkəyə səfərləri müzakirə ediləcək

Bakıdakı Rus evində Aytən Oqtayqızının və Nuranə Zeynalovanın müəllif konserti olub

Elmar Qasımov “Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu”nda iştirak edib

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ölkə ərazisində qeydə alınan 24 cinayətin üstü açılıb

Ağsu rayonunda təsərrüfatların 90 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

Hakimliyə namizədlər üçün test imtahanı keçiriləcək

“Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb

Ədliyyə naziri Qusar rayonunda vətəndaşları qəbul edəcək

Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib, qərarlar qəbul olunub

AQTA-nın sədr müavini: Zoonoz xəstəliklərə nəzarət hədəflərdən biri kimi müəyyənləşdirilib

Şəki sakinini ilan sancıb, vəziyyəti ağırdır

Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib YENİLƏNƏCƏK

Sabitliyin və asayişin keşiyində: Azərbaycan polisi 106 yaşını qeyd edir

QAİ: Tarixin arxivinə gömülmüş qanunsuz rejimin tör-töküntüləri Azərbaycana qarşı bir sıra gülünc açıqlamalar verir

"Journal of Petroleum Technology": Azərbaycan - sönməz odlar yurdu

Meksikada narkotik kartelinin toqquşması nəticəsində 20 nəfər ölüb

Şimali Koreya yeni tipli ballistik raketi sınaqdan keçirib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır

Niderland Hökuməti F-16 qırıcılarının Ukraynaya göndərilməsinə icazə verib

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala yüksəlib

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

“Jerusalem Post”: Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir

Son 10 gün ərzində Elm və Təhsil Nazirliyinə 21 mindən çox vətəndaş müraciət edib

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir

Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər

Ankara Sosial Elmlər Universitetinin sosiokənd sisteminin BDU-da tətbiqi imkanları araşdırılır

Azərbaycan və İsrailin XİN rəhbərləri regionda və Qəzza ətrafındakı vəziyyəti müzakirə ediblər

® “Samsung” AI TV ilə yeni era başlayır - Daha canlı, daha həyəcanlı

Mədəniyyət naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

“Asiya uşaqları” Oyunlarının qalibi: Vətənə qızıl medalla qayıdacağıma inanırdım

UNEC-in “Gələcəyin tədqiqatçıları” qrant layihəsi yekunlaşıb

Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

Azərbaycan polisi: dövlətçiliyə sadiq, peşəkar və qətiyyətli

“Azərkosmos”un dəstəyi ilə ərsəyə gəlmiş film təqdim olunub

Tacikistan Milli Bankı ilə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub

Ordubadın Tivi-Biləv kənd avtomobil yolunda yaranmış problem aradan qaldırılır VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Qəbələ və İsmayıllıda ictimai dinləmələr keçirilib

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb

Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO