RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MDB ÖLKƏLƏRİ DÖVLƏT BAŞÇILARININ QEYRİ-RƏSMİ GÖRÜŞÜNDƏ İŞTİRAK ETMİŞDİR
![AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MDB ÖLKƏLƏRİ DÖVLƏT BAŞÇILARININ QEYRİ-RƏSMİ GÖRÜŞÜNDƏ İŞTİRAK ETMİŞDİR](/files/2008/2/1200x630/14864522206193456849_1200x630.jpg)
![](/media/newsimages/2008/June/file1212775907827.jpg)
Dövlət başçılarının qeyri-rəsmi görüşlərinin keçirilməsi Birliyin təcrübəsində bir ənənəyə çevrilmişdir. İlk belə görüş 2000-ci il avqustun 18-də Yaltada olmuşdu. O vaxtdan bəri 9 qeyri-rəsmi görüş keçirilmişdir. Belə görüşlərin formal gündəliyi olmur və onlarda hər hansı məsələlərə dair qərarlar qəbul edilməsi nəzərdə tutulmur. Yalnız təxirə salınması mümkün olmayan məsələlər istisna təşkil edir.
Budəfəki qeyri-rəsmi görüş 2008-ci ildə sayca ikincidir. Fevralın 22-də Moskvada keçirilmiş görüşdə olduğu kimi, indiki görüşdə də MDB-nin üzvü olan bütün ölkələrin prezidentləri iştirak etmişlər.
Sankt-Peterburq görüşünün təşəbbüsçüsü Rusiya Federasiyasıdır.
Görüş başlanmazdan əvvəl dövlət başçıları xatirə şəkli çəkdirmişlər.
Açılışda çıxış edən Birliyin sədri, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev Rusiya və Ermənistanın dövlət başçılarını prezident vəzifəsinə seçilmələri münasibətilə təbrik etmişdir.
Rusiya dövlətinin başçısı Dmitri Medvedev görüşdə çıxış edərək, MDB çərçivəsində təhlükəsizliyin təmin edilməsi, humanitar sahədə əməkdaşlığı yüksək qiymətləndirmiş və iqtisadi əlaqələrin genişləndirilməsinin perspektivləri barədə fikirlərini bölüşmüşdür.
MDB İcraiyyə Komitəsinin sədri, Birliyin icraçı katibi Sergey Lebedev sammitdə Birliyin iqtisadi inkişaf strategiyasının formalaşdırılması, nəqliyyat sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə iş haqqında məruzə ilə çıxış etmişdir.
Görüşdə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
######
![]() |
![]() |