RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA FEDERASİYASININ MÜLKİ MÜDAFİƏ, FÖVQƏLADƏ HALLAR VƏ FƏLAKƏTLƏRİN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI ÜZRƏ NAZİRİ SERGEY ŞOYQUNU QƏBUL ETMİŞDİR
![AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA FEDERASİYASININ MÜLKİ MÜDAFİƏ, FÖVQƏLADƏ HALLAR VƏ FƏLAKƏTLƏRİN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI ÜZRƏ NAZİRİ SERGEY ŞOYQUNU QƏBUL ETMİŞDİR](/files/2008/2/1200x630/14864521022424539482_1200x630.jpg)
![](/media/newsimages/2008/June/file1213019492125.jpg)
Sergey Şoyqu Azərbaycan Prezidenti ilə ötən görüşündən keçən dövr ərzində Rusiya ilə Azərbaycanın Fövqəladə Hallar Nazirlikləri arasında əməkdaşlığa dair konkret layihələrin həyata keçirildiyini qeyd etdi və bu istiqamətdə aparılan işlərin əməkdaşlığımızın daha da genişlənəcəyinə xidmət etdiyini vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan və Rusiya Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlığının genişlənməsindən məmnunluğunu vurğuladı, nazirliklər arasında müxtəlif istiqamətlərdə işlərin həyata keçirilməsinin, təcrübə mübadiləsinin aparılmasının qarşılıqlı surətdə faydalı olduğunu bildirdi və bu səfərin də bu sahədə əməkdaşlığın daha da genişlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
######
![](/media/newsimages/2008/June/file1213019507228.jpg)