AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN AVROPA ŞURASININ BAŞ KATİBİ TERRİ DEVİS İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Buxarestdə, onun üçün ayrılmış iqamətgahda Avropa Şurasının baş katibi Terri Devis ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıldı.