Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyaya dövlət səfəri
Ali qonağın şərəfinə

Praqa, 6 aprel (AZƏRTAC). Xüsusi müxbirimizin xəbər verdiyi kimi, aprelin 5-də Çexiya Prezidenti Vatslav Klaus və xanımı Livia Klausovanın adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət naharı verilmişdir.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı bir daha salamlayan Çexiya Prezidenti bir il əvvəl Bakıya səfəri zamanı başlanan dialoqu davam etdirmək, beynəlxalq münasibətlərin aktual məsələləri, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın imkan və perspektivləri barədə müzakirələr aparmaq baxımından Azərbaycan dövlətinin başçısının Praqaya səfərinin əhəmiyyətindən danışdı.

Çexiya dövlətinin başçısı Vatslav KLAUS dedi:

- Hörmətli, cənab Prezident!

Bilirəm ki, Praqaya dövlət başçısı qismində ilk dəfə səfər etmisiniz. Mən ölkəmizin Avropa İttifaqında sədrliyi çərçivəsində təşkil edilmiş “Şərq tərəfdaşlığı” Sammiti zamanı Sizinlə görüşümü xatırlayıram. İnanıram ki, Sizin bugünkü səfəriniz əminliklə inkişaf edən Çexiya-Azərbaycan münasibətlərinə yeni mühüm təkan verəcəkdir.

Bizim münasibətlərin dərin əsasları vardır. İqtisadi əməkdaşlığımız artıq sosializm dövründə başlamış, Çexiya sənayesinin məhsulları Azərbaycan bazarında və Sizin sənaye sahəsində yaxşı tanınır. Buna baxmayaraq, birbaşa münasibətlərimizin inkişaf etdirilməsi yalnız son 20 ildə - Sizin ölkəniz müstəqilliyini bərpa etdikdən sonra mümkün olmuşdur.

Çox təqdirəlayiqdir ki, qarşılıqlı münasibətlərimizin intensivliyi bütün səviyyələrdə artmaqdadır. Buna həm də Praqada və Bakıda nümayəndəliklərimizin açılması, səfirlərin yaxşı işi və iki paytaxt arasında birbaşa hava əlaqəsinin təşkili yardımçı olmuşdur. Bundan əlavə, yüksək səviyyəli qarşılıqlı səfərlərin sayının artmasını və güclənən işgüzar əlaqələri də qeyd etməyə dəyər. Bunların zirvəsi, sözsüz, prezidentlərin dövlət səfərləridir ki, buna misal kimi mənim Bakıya ötənilki səfərimi və Sizin bu gün burada olmağınızı göstərmək olar.

Keçən ilin mayında biz Sizin gözəl ölkənizin sürətli və dinamik inkişafının şahidi olmaq imkanı əldə etdik. Sizin hazırladığınız və artıq həyata keçirdiyiniz möhtəşəm layihələrlə tanış ola bildik. Çexiya şirkətləri Sizin iqtisadiyyatın inkişafında iştirak etməyə böyük maraq göstərirlər. Artıq sənaye, infrastrukturun yaradılması, texnologiya və avadanlığın, həmçinin istehlak mallarının təchizatı sahələrində uğurlu əməkdaşlıq nümunələri vardır ki, onlara əsaslanaraq ortaya yeni imkanlar çıxara bilərik. Burada qeyd etmək istərdim ki, Azərbaycan Çexiyanın təsərrüfatının ən mühüm tədarükçülərindən birinə və strateji tərəfdaşına çevrilmişdir.

Hörmətli cənab Prezident!

Arzu edirik ki, çox mürəkkəb siyasi regionda yerləşən ölkəniz sabitlik və sülh şəraitində inkişaf etsin. Arzu edirik ki, artıq uzun müddət ölkənizdə vəziyyəti çətinləşdirən münaqişənin sülh yolu ilə həllinə nail olunsun. Çexiya Respublikası bu məqsədlərə yönəlmiş bütün beynəlxalq tədbir və təşəbbüsləri daim dəstəkləmiş və gələcəkdə də dəstəkləməyə davam edəcəkdir.

Çexiya Prezidenti Azərbaycan dövlətinin başçısının Praqaya dövlət səfərinin iki ölkə arasında qarşılıqlı münasibətlərə əhəmiyyətli təkan verəcəyinə və Azərbaycan nümayəndə heyətinin Çexiyadan xoş təəssüratlarla ayrılacağına inamını bildirdi.

Prezident Vatslav Klausun çıxışından sonra Azərbaycan Respublikasının dövlət himni səsləndi.

X X X

 

Sonra Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış etdi.

Dövlətimizin başçısı zəngin tarixi və mədəniyyəti ilə seçilən dost Çexiyaya səfərindən məmnun qaldığını bildirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, ölkələrimiz arasındakı əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.

Prezident İlham Əliyev Çexiya dövlətinin başçısının ötən ilin mayında Azərbaycana səfəri zamanı aparılan danışıqların münasibətlərin yeni müstəvidə genişlənməsinə verdiyi töhfədən danışaraq dedi:

- Son illər birgə səylərimizlə əlaqələrimiz daha da intensivləşmişdir. Ötən il Hökumətlərarası Komissiya yaradılmış və ilk iclasını keçirmişdir. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2010-cu illə müqayisədə 2011-ci ildə bir neçə dəfə artmışdır. Azərbaycanda həyata keçirilən mühüm layihələrdə Çexiya banklarının iştirakı, həmçinin Çexiya Respublikasının enerji təminatında Azərbaycanın oynadığı rol iqtisadi əlaqələrin səviyyəsinin göstəricisidir. Energetika, ticarət, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm və digər sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın yaxşı perspektivləri vardır. Əminəm ki, mənim səfərim, əldə olunan razılaşmalar və bu gün mədəniyyət, turizm sahələrində imzalanan sənədlər də əlaqələrimizin inkişafına yeni təkan verəcəkdir.

Gələn il biz diplomatik münasibətlərimizin qurulmasının 20 illiyini qeyd edəcəyik. Ümidvaram ki, biz bu əlamətdar tarixə Azərbaycan və Çexiya arasında əməkdaşlıqda müxtəlif sahələrdə əldə olunmuş yeni nailiyyətlərlə daxil olacağıq.

Ölkələrimiz BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Bu mötəbər təşkilatın ali orqanında ilk dəfə təmsil olunan ölkəmizin səyləri beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinə, dünyada sülh və ədalətin bərqərar olmasına kömək edəcəkdir.

Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və Avratlantik strukturlarla münasibətlər önəmli yer tutur. Əfqanıstanda əsgərlərimiz sabitliyin keşiyində çiyin-çiyinə dayanıblar.

Fürsətdən istifadə edərək Çexiya Respublikasına Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafına verdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm. Artıq regionun əsas iqtisadi mərkəzinə çevrilmiş Azərbaycan, həmçinin enerji sahəsində etibarlı tərəfdaşdır və Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün töhfəsini bundan sonra da verməyə hazırdır. 2011-ci ilin yanvar ayında Avropa Komissiyası ilə Azərbaycan arasında “Cənub qaz dəhlizi” haqqında Birgə Bəyannamənin imzalanması bunun bariz nümunəsidir. Biz enerji resurslarımızın bütün istiqamətlərdə dünya bazarlarına çıxarılmasında maraqlıyıq və müxtəlif layihələr üzərində işləyirik.

Azərbaycan regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının və qorunmasının tərəfdarıdır. Ancaq bildiyiniz kimi, tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı digər yeddi rayon 20 ildən artıqdır ki, Ermənistan tərəfindən işğal olunmuşdur. Bu ərazilərdə Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO və digər beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Azərbaycan dövlətinin başçısı səfər zamanı göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi və çex xalqına firavanlıq arzuladı.

Prezident İlham Əliyevin çıxışından sonra Çexiyanın dövlət himni səsləndi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib