Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Hörmətli cənab Prezident,

Hörmətli qonaqlar,

Xanımlar və cənablar!

Mən cənab Prezidenti Azərbaycanda bir daha salamlamaq istəyirəm. Dünən bizim ikitərəfli münasibətlərimizin gələcək inkişafı ilə bağlı çox uğurlu görüşlərimiz, müzakirələrimiz baş tutdu. Səfərin vacibliyi ondan ibarətdir ki, bu, Sloveniya Prezidentinin Azərbaycana ilk səfəridir və dünən imzaladığımız sazişlər, o cümlədən siyasi bəyanat, sözün əsl mənasında, ikitərəfli münasibətlərin bir çox istiqamətlərini əhatə edir. Zənnimcə, bu, həmçinin işgüzar dairələrə çox yaxşı bir siqnaldır ki, onlar müxtəlif birgə layihələri həyata keçirsinlər.

Güclü siyasi münasibətlər, o cümlədən, iqtisadi əməkdaşlığın yaxşı potensialı ikitərəfli münasibətlərimizdə çox yaxşı bir mühit yaradır. Buna görə də mən Sloveniyanın işgüzar dairələrini bugünkü biznes forumda görməkdən çox şadam. Həmçinin bilirəm ki, dünən bizim iş adamları çox yaxşı, faydalı birgə görüşlər keçirmişlər. Bu cür biznes forumlar əməkdaşlığımızın inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaradır. Çünki güclü siyasi iradə vardır. Hesab edirəm ki, iqtisadiyyatlarımızın bizim və Sloveniyanın işgüzar adamları üçün cəlbedici olması göz qabağındadır. Ona görə biz indi ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi üçün praktiki nöqteyi-nəzərdən nəyin edilməsi üzərində düşünməliyik.

Hesab edirəm ki, bu tədbir əsnasında qarşılıqlı maraq doğuran məsələlər müəyyən ediləcəkdir. Çünki işgüzar dairələr özləri üçün müəyyən edəcəklər ki, hansı sahəyə sərmayələr yatırmalıdırlar. Eyni zamanda, hesab edirəm ki, hökumətlər mütləq bu insanlara yardım etməlidirlər və müəyyən məsləhətləri, təlimatları verməlidirlər. Təbii ki, hər bir ölkənin hansı sahəni özünə vacib hesab etdiyi müəyyən olunmalıdır. Biz xarici sərmayələrə açığıq. Hesab edirəm ki, müstəqillik dövründən etibarən Azərbaycan adambaşına birbaşa xarici sərmayələrin həcminə görə regionda aparıcı dövlətlərdən birinə çevrilmişdir. Bizim ölkədə münbit sərmayələr mühiti vardır, xarici sərmayələr lazımi səviyyədə qorunur. Həmçinin enerji sektorunda əsas kommersiya müqavilələri parlamentimiz tərəfindən ratifikasiya edilib və artıq qanun formasını alıb. Yəni heç kim həmin müqavilədə heç bir sözü dəyişə bilməz. Bu da sərmayədarların əlavə etimadına səbəb olur. Biz, eyni zamanda, qeyri-enerji sektoruna da sərmayələr yatırılmasında maraqlıyıq. Çünki enerji sektorunda bir çox işlər artıq görülüb. İqtisadiyyatımızın şaxələndirilməsi birnömrəli prioritetdir.

Fikrimcə, bizim yaxşı nəticələrimiz vardır. Hazırda iqtisadiyyatımız yalnız enerji amillərindən asılı deyildir.

Əməkdaşlığın potensial və maraqlı sahələri özlüyündə çox genişdir. Kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, bərpa olunan enerji mənbələri və bir çox digər sahələr mövcuddur. Ona görə, hesab edirəm ki, biznes dairələri nəyin edilməsi barədə özləri qərar qəbul etməlidirlər və biz, ölkələrin rəhbərləri yalnız onlara yardım etməkdən çox şad olardıq.

Azərbaycan iqtisadiyyatı əvvəllər, Sovet İttifaqının süqutundan öncə yüz faiz planlı iqtisadiyyat idi. Lakin biz islahatlar apardıq və bizdə ümumi daxili məhsulun 85 faizi artıq özəl sektor tərəfindən təmin olunur. Özəl sektor ölkəmizin iqtisadiyyatının şaxələndirilmiş inkişafında mühüm rol oynayır. Hökumətimiz Azərbaycanda qeyri-enerji sektoruna öz yardımını göstərir və bu sektorun inkişafını stimullaşdırır. Son beş il ərzində - 2004-cü ildən 2008-ci ilə qədər iqtisadiyyatımız 2,6 dəfə artmışdır. Hesab edirəm ki, bu, dünyada ən yüksək göstəricidir. Hətta bu gün böhran ilində - gördüyünüz kimi, neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımız yenə də artır. Bu ilin 9 ayında ümumi daxili məhsulun artımı 6,1 faiz olmuşdur. Lakin dünən verilmiş məlumata görə, 10 ay ərzində ümumi daxili məhsulun artımı 8,3 faiz təşkil etmişdir. Sənaye artımı isə 7,4 faiz olmuşdur. Bu, bizim iqtisadiyyatımızın davamlı xarakterindən xəbər verir. İqtisadi böhrana baxmayaraq, Azərbaycanın iqtisadi inkişafı davam edir və uğurla həyata keçirilir.

Azərbaycan İnvestisiya Şirkəti kifayət qədər yaxın zamanlarda yaradılmış bir təsisatdır. Zənnimcə, bu haqda məlumat veriləcək və yaxud da artıq rəsmilər tərəfindən məlumat verilmişdir. Bu şirkətin əsas məqsədi xarici sərmayələri hökumətimiz üçün, prioritet sahələr üçün cəlb etməkdir. Çünki biz hər hansı bir sahədə, hər hansı bir sərmayəni alqışlayırıq. Artıq qeyd etdiyim kimi, hər bir ölkənin özünün prioriteti vardır. Ona görə biz bilməliyik ki, sərmayələri hansı istiqamətə yönəltməliyik. Azərbaycan hökuməti xarici və yerli sərmayədarların stimullaşdırılması və müxtəlif layihələrdə iştirakı ilə bu işi irəliyə doğru aparmalıdır.

Bu günə qədər beynəlxalq sərmayədarlar tərəfindən Azərbaycan İnvestisiya Şirkətinə təqdim edilmiş layihələr çox uğurlu olmuşdur. Onlardan bir çoxu hazırda həyata keçirilmək üzrədir. Bu şirkətin ilkin kapitalının həcmi təxminən 100 milyon dollar idi və bu vəsaitlər artıq müxtəlif layihələrə sərf olunmuşdur. Biz gələn il ərzində gözəçarpan vəsaiti Azərbaycan İnvestisiya Şirkətinə öz büdcəmizdən ayrılmasını planlaşdırırıq ki, maraq doğuran sahələrdə ölkəmiz və sərmayədarlar üçün yeni layihələr həyata keçirilsin.

Fikrimcə, bu biznes forumun da vacibliyi onunla izah olunur ki, sloveniyalı iş adamları Azərbaycanda nəyin baş verdiyini, ümumi iqtisadi vəziyyəti, qanunverici əsasları, vergilər haqqında məlumatı öyrənmək imkanını əldə edirlər və eyni zamanda, sərmayə imkanlarını araşdırırlar. Onlar artıq planlaşdırılan layihələri də nəzərdən keçirə bilərlər. Bu bizim əməkdaşlığımızın bir forması ola bilər.

Yəni, bu, iqtisadiyyatımıza birbaşa yatırılan sərmayə, yaxud, ikitərəfli formada Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə həyata keçirilə bilər. Yaxud üçüncü forma podratçı qismində Azərbaycanda həyata keçirilən layihələrdə iştirak ola bilər. Biz məhz əsasən infrastruktur sahəsində bir çox layihələri həyata keçiririk. Biz ölkəmizdə mövcud olan bütün infrastrukturu yeniləşdirmək fikrindəyik. Çünki Sovet İttifaqı dövründə yaradılmış bütün infrastruktur təbii ki, bizim müstəqil ölkə kimi inkişafımıza yardım etdi. Amma bu gün biz onu da deməliyik ki, bu infrastruktur bizim tələbatlarımıza tam cavab vermir.

Ona görə, hesab edirik ki, infrastruktur sahəsində işlərə, məsələn, yollar, elektrik stansiyaları, kanalizasiya xətləri, su təchizatı, qazlaşdırma, sosial obyektlər, məktəblər, xəstəxanalar və digər bu kimi layihələrə dövlət büdcəsindən vəsait ayrılır, sərmayələr qoyulur. Hesab edirəm ki, bu günlərdə biz potensial layihələrin mümkünlüyünü qiymətləndirə və beləliklə işimizi dərhal başlaya bilərik.

Biz birgə layihələrin dərhal başlanmasının tərəfdarıyıq. Çünki artıq qeyd etdiyim kimi, bütün zəruri elementlər masa üzərindədir. Siyasi münasibətlər, güclü siyasi iradə və iqtisadi təkanlar vardır. Sloveniya bizim üçün həmçinin böyük əhəmiyyət kəsb edən ölkədir. Ona görə hesab edirəm ki, bizim biznesmenlər də vaxt tapıb Sloveniyaya səfər etməlidirlər və orada sərmayə imkanlarını araşdırmalıdırlar. Hazırda Azərbaycan şirkətləri xaricdə fəal şəkildə sərmayə yatırırlar. Əsasən bu, qonşu ölkələrdə baş verir. Lakin qeyd etmək istəyirəm ki, sərmayələr olduqca böyükdür, yəni bir neçə il ərzində milyardlarla dollar sərmayə yatırılıb. Tamamilə aydındır ki, sərmayədarlar öz vəsaitlərini tanıdıqları ölkələrə yatırırlar.

Ona görə də biz bir-birimizi daha yaxşı tanımalıyıq, daha çox təmaslarımız olmalıdır və birgə iqtisadi əməkdaşlığın başlanılması üçün daha nəyin edilməsi üzərində düşünməliyik. Azərbaycan böyük enerji potensialı olan bir ölkə kimi enerji təhlükəsizliyi məsələlərində mühüm rol oynayır.

Biz cənab Prezidentlə görüşümüz zamanı Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətləri də müzakirə etdik. Çünki Sloveniya Avropa İttifaqının üzvü kimi Avropa İttifaqı ilə onun qonşuları arasında inteqrasiya prosesində mühüm rol oynayır. Azərbaycan artıq üç ildir ki, Avropa İttifaqının Yeni Qonşuluq Proqramının üzvüdür və bir neçə ay bundan əvvəl ölkəmiz “Şərq tərəfdaşlığı” proqramına qoşulmuşdur. Bu proqram qarşımızda yeni imkanlar açır və biz Avropa təsisatları ilə təmaslarımızı daha da sıxlaşdırmalıyıq. Əməkdaşlığımızı sırf enerji məsələləri ilə məhdudlaşdırmalı deyilik. Baxmayaraq ki, bu məsələlər vacibdir. Biz bir neçə il ərzində neft və qaz yataqlarının işlənilməsinə böyük sərmayələrin yatırılmasına nail olduq, boru kəmərlərini çəkdik, çünki biz hər tərəfdən quru ilə əhatə olunan ölkəyik. Yeri gəlmişkən onu da deyim ki, biz qazı hasil edən yeganə ölkəyik ki, bazarlara açıq çıxışa malik deyilik. Ona görə də biz neft və qazın nəqli üçün digər ölkələrin ərazisindən keçən boru kəmərlərinə ehtiyac duyuruq.

Son on il ərzində bizim bütün əsas enerji layihələrimiz həyata keçirilmişdir. Bu gün artıq bizim şaxələndirilmiş neft və qaz boru kəmərlərinin şəbəkəsi mövcuddur və bu bizim bir marşrutdan asılılığımızı aradan qaldırır. Bu il Azərbaycanda neft hasilatı gündə təxminən 1 milyon barrel təşkil edəcəkdir və qaz hasilatına gəldikdə isə, 25 milyard kubmetr həcmində olacaqdır. Biz qazı qonşu ölkələrə nəql edirik, çatdırırıq və istəyirik ki, bu həcm daha da artsın. Bu təchizatın coğrafiyasını da genişləndirmək fikrindəyik. Məhz ona görə enerji daşıyıcılarının nəqli yollarının şaxələndirilməsi olduqca vacib məsələdir. Bu, nəinki istehlakçılar, o cümlədən hasilatçılar üçün də vacibdir. Çünki bəzi hallarda hasilatçılar da, - xüsusən də əgər onlar tranzit ölkələrdən asılıdırlarsa, - problemlər və çətinliklər görürlər.

Bəzi hallarda bu tranzit ölkələrlə danışıqlarda hasilatçılar həmin ölkələr tərəfindən qəbul oluna biləcək kommersiya təkliflərinə nail olmurlar. Amma əgər biz Azərbaycan qazının ixracına, onun Avropa bazarına çıxarılmasına dair tranzit məsələlərində razılığa gələ bilsək, onda Avropa İttifaqının bazarında yeni qaz mənbəyi olacaqdır.

Əfsuslar olsun ki, artıq iki ildir bu məsələnin həlli istiqamətində beynəlxalq normalara və mövcud kommersiya tarifləri çərçivəsinə əsaslanan səylərimiz hər hansı bir nəticə verməmişdir. Amma biz yenə də ümidvarıq ki, tranzit məsələləri öz həllini tapacaqdır. Əgər bu baş verərsə, onda Azərbaycandan hasil edilən qaz Avropa bazarına çıxarılacaqdır. Bu da bizim maraqlarımıza və əminəm ki, Avropa İttifaqının da maraqlarına cavab verəcəkdir Başqa sözlə, biz Sloveniya ilə əməkdaşlığımızı çox vacib hesab edirik. Bu, ilk növbədə, ikitərəfli əsaslarla aparılır.

Bildiyiniz kimi, bizim birgə biznes aparmaq imkanlarımız vardır. Ona görə də Sloveniyadan iş adamlarının bu cür çox sayda gəlməsi həmin marağı bir daha nümayiş etdirir. Eyni zamanda, siyasi, iqtisadi, mədəni və “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlığımızın da böyük potensialı vardır. Biz hər zaman Avropa İttifaqı ilə inteqrasiya fəaliyyətimizdə Sloveniyanın dəstəyini hiss edirik. Biz demək olar ki, eyni vaxtda müstəqilliyimizi qazandıq. Hər iki ölkə digər ölkələrin tərkibində yaşamışdır. Həmin dövrdə bizim dövlətçiliyimiz olmayıb, biz sadəcə, daxildə olan respublikalar idik. Biz müstəqil dövlət deyildik, biz bu müstəqilliyi qazandıq. Bu müstəqillik Balkanlarda və keçmiş SSRİ-də 1991-ci ildə baş vermiş geosiyasi proseslər nəticəsində əldə olundu və həmin dövrdə həm Sloveniya, həm Azərbaycan bir çox çətinliklər və problemlərlə üzləşdi, lakin onları uğurla həll etdi. Siz NATO-nun, o cümlədən Avropa İttifaqının üzvüsünüz. Sizin şaxələndirilmiş və rəqabətqabiliyyətli iqtisadiyyatınız vardır.

Azərbaycanın da çətin vaxtları olubdur və həmçinin biz də əsas iqtisadi və sosial problemlərin həllinə nail olduq. Biz olduqca ciddi iqtisadi islahatlar həyata keçirdik. 2008-ci ildə Dünya Bankı özünün “Doing business” hesabatında Azərbaycanı islahatlarına görə dünyada birinci yerdə elan etmişdir.

Hasilat sənayesində şəffaflığa gəldikdə, Neft Fonduna da bütün digər suveren neft fondları arasında birinci yer verilmişdir. Bu qiymət həmin təsisatın olduqca şəffaf şəkildə fəaliyyət göstərməsi ilə bağlıdır. Qlobal rəqabətqabiliyyətlilik göstəricisinə görə keçmiş SSRİ məkanında bizim iqtisadiyyatımız birinci yerdə gedir. Yəni ölkələrimiz arasında bir çox oxşarlıqlar vardır. Bəli, biz müxtəlif regionlarda yerləşirik. Lakin hesab edirəm ki, bu, heç də bizim güclü siyasi və iqtisadi münasibətin inkişafına mane olmamalıdır. Ona görə mən bir daha cənab Prezidenti salamlamaq istərdim. Sözün əsl mənasında, məmnunluğumu bildirirəm ki, bizim uğurlu danışıqlarımız və müzakirələrimiz oldu, sənədlər imzalandı. Ümid edirik ki, bu biznes forumun praktiki nəticələri olacaq və işgüzar dairələr arasında əlaqələr uğurla davam edəcəkdir.

Çox sağ olun. 

 

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır VİDEO

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır VİDEO

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb