Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri
Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanma
Naxçıvan, 30 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşıladılar.
Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin önündən keçdi.
Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşdü.