AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QAZAX RAYONUNA SƏFƏRİ
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qazax rayonunda səfərdə olmuşdur.
Dövlətimizin başçısını rayonun mərkəzində on minlərlə sakin böyük məhəbbətlə, hörmətlə qarşıladı. Onların əllərində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, ümummilli liderimizin müdrik kəlamları yazılmış transparantlar, Prezidenti salamlayan şüarlar, Azərbaycanın dövlət bayraqları var idi.
Prezident İlham Əliyev sakinlərə yaxınlaşaraq, hal-əhval tutdu, onların qayğı və problemləri ilə maraqlandı.