RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri
![Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri](/files/2012/2/1200x630/1484745528183564105_1200x630.jpg)
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyi sammitində iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.