Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiya Prezidenti Vatslav Klausun birgə görüşü
Praqa, 5 aprel (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, aprelin 5-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Livia Klausova ilə birgə görüşü olmuşdur.