AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, oktyabrın 12-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Gürcüstan hissəsinin inşasının başa çatdırılması və kəmərin xam neftlə doldurulması münasibətilə Qardabanidə keçirilən təntənəli mərasimdə iştirak emək üçün Gürcüstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstan Prezidenti Mixail Saakaşvilinin görüşü olmuşdur.
Söhbət zamanı bu layihənin başa çatdırılmasının xalqlarımıza böyük fayda gətirəcəyi, regional əməkdaşlığa böyük təkan verəcəyi xüsusi vurğulanmışdır.
Görüşdə Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Mixail Saakaşviliyə xalça hədiyyə etmişdir.