AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ LİTVA PREZİDENTİ VALDAS ADAMKUSUN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, iyunun 8-də rəsmi qarşılanma mərasimindən sonra Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Valdas Adamkusun təkbətək görüşü olmuşdur.
Prezident İlham Əliyev və Prezident Valdas Adamkus ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladılar. Hər iki ölkənin beynəlxalq sahədə əməkdaşlığından da məmnunluqlarını söyləyən dövlət başçıları qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial imkanların olduğunu bildirdilər.
Söhbət zamanı prezidentlər Azərbaycanın və Litvanın Avratlantik strukturlarına inteqrasiyasının da genişləndiyini və bu baxımdan səmərəli əməkdaşlıq aparıldığını qeyd etdilər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldı.