AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, oktyabrın 12-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin inşasının başa çatdırılması və kəmərin xam neftlə doldurulması münasibətilə təntənəli mərasimdə iştirak emək üçün Gürcüstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Əhməd Necdət Sezərin görüşü olmuşdur.
Dost və qardaş ölkələr arasında münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayan prezidentlər Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsinin əhəmiyyəti və bu layihənin perspektivləri barədə söhbət açmışlar.