Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadimdir
Bakı, 7 mart, AZƏRTAC
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) tədbir keçirilib.
AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən İdarə Heyətinin sədri Saleh Məmmədov bütün qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Bildirib ki, bu gün Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadimdir. Azərbaycan qadını bütün dövrlərdə ən ağır sınaqlardan üzü ağ çıxaraq, taleyüklü məsələlərin həllinə layiqli töhfə verib.
Qadınların fədakar əməyinə, cəmiyyətdəki roluna hər zaman çox böyük qiymət verildiyi, onlara daim qayğı ilə yanaşıldığı vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:53]
“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub
- 10.06.2026 [17:59]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:27]