AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Sentyabrın 10-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin növbəti iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinin, 301-ci maddəsinin 1-ci hissəsinin, Mülki Prosessual Məcəlləsinin 235.1.2-ci və 361.5-ci maddələrinin, habelə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğularının baxılmaq üçün Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardadlar çıxarılmışdır.
Sorğulara mahiyyəti üzrə baxılmasına dair Konstitusiya Məhkəməsinin iclasları müvafiq olaraq 2001-ci il sentyabrın 25-nə və oktyabrın 26-na təyin edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]