SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli Fərmanının icrası məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002 ci il 8 iyul tarixli 105 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 aprel tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydası”na aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1)2-ci bənddən “və bələdiyyə” sözləri, 3-cü bənddən “və ya bələdiyyələrə” sözləri, 4, 6 və 7-ci bəndlərdən “və ya bələdiyyələr” sözləri, 5-ci bənddən “və ya bələdiyyəyə” sözləri çıxarılsın;
2)8-ci bəndə aşağıdakı redaksiyada ikinci abzas əlavə edilsin:
“Müvəqqəti məskunlaşmış məcburi köçkünlərə müvəqqəti istifadəyə və icarəyə bələdiyyələr tərəfindən onların mülkiyyətində olan torpaqların ayrılması bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalarına uyğun həyata keçirilir”.
“Kənd inzibati ərazi vahidliklərində həyatyanı torpaq sahələri, qəsəbə və şəhərlərdə fərdi yaşayış evləri, bağ evləri, fərdi və kooperativ qaraj tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikintilərin inşası, habelə çoxmərtəbəli, çoxmənzilli yaşayış evlərinin və kooperativ çoxmərtəbəli, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 iyun tarixli 106 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
X X X
“Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 106 nömrəli qərarına əsasən, İqtisadi İnkişaf Nazirliyinin bələdiyyələr və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təqdimatı əsasında “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısı” təsdiq edilmişdir.
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, müvafiq bələdiyyələr və yerli icra hakimiyyəti orqanları bir ay müddətinə bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat verilmişdir.