RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV İNGİLTƏRƏ LEYBORİST PARTİYASININ LİDERİ İLƏ GÖRÜŞMÜŞDÜR
Bu görüşdən məmnun olduğunu söyləyən Azərbaycan rəhbəri Leyborist Partiyasının fəaliyyəti ilə daim maraqlandığını bildirdi. Həmin partiyanın son dövrlərdə əldə etdiyi nailiyyətlərdən söhbət açan Heydər Əliyev bütün bunlara görə cənab Bleyeri təbrik etdi.
Partiyanın lideri Azərbaycan Prezidenti ilə tanış olmaqdan şərəf duyduğunu söylədi. O dedi ki, Leyborist Partiyası daha böyük nailiyyətlər qazanmaq ümidindədir.
Prezident Heydər Əliyev Azərbaycandakı ictimai-siyasi vəziyyət, demoktratiyanın, siyasi plüralizmin bərqərar olması haqqında danışdı və bu görüşdən istifadə edərək, Leyborist Partiyasını ölkəmizdə oktyabr ayında keçirilməsi planlaşdırılan parlament seçkilərində müşahidəçi kimi iştirak etməyə dəvət etdi. Dövlət başçısı bu partiyanın nümayəndələrinin Azərbaycana gəlməsinin, seçkilərin demoktratik şəraitdə aparılmasını müşahidə etməsinin böyük əhəmiyyəti olduğunu bildirdi.
Cənab Bleyer bu dəvətə görə Azərbaycan Prezidentinə təşəkkür edərək dedi ki, müstəqillik qazanmış keçmiş Sovetlər İttifaqı respublikalarında demokratiyanın inkişaf etdirilməsi, siyasi plürazmin və bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması böyük əhəmiyyətə malikdir. O, bu görüşə razılıq verdiyi üçün Heydər Əliyevə minnətdarlığını bildirdi və dedi ki, partiyanın nümayəndələrinin Azərbaycana gəlməsini təmin edəcəkdir.