AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Milli bayramınız münasibətilə Sizi və xalqınızı öz adımdan və Bəhreyn xalqı adından ürəkdən təbrik edirəm.
Zati-alilərinizə olan ən yüksək hörmət və ehtiramı bildirir, Sizə cansağlığı, xoşbəxtlik, xalqınıza isə davamlı tərəqqi və rifah arzulayıram.
Həməd bin İsa Əl-Xalifə
Bəhreynin Kralı.