RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanın milli bayramı – Respublika günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Dost Azərbaycan xalqı dövlət quruculuğunda, sosial-iqtisadi inkişafda ölkəsinin qazandığı nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Fərəhli haldır ki, respublikanın beynəlxalq nüfuzu da ildən-ilə möhkəmlənir.
Rusiyada Azərbaycanla çoxşaxəli əməkdaşlığın daha da genişlənməsinə böyük əhəmiyyət verir, zamanın sınağından çıxmış dostluq və mehriban qonşuluq ənənələrini yüksək qiymətləndirirlər. Bakıya bu yaxınlardakı səfərimi səmimiyyətlə xatırlayır və ölkələrimiz arasındakı strateji tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılmasına yönəldilmiş səmərəli dialoqun dərinləşməsinə ümid bəsləyirəm. Əminəm ki, bu, xalqlarımızın uzunmüddətli mənafelərinə tamamilə uyğundur, Qafqazda sabitliyin möhkəmlənməsinə xidmət edir.
Azərbaycanda Rusiya İli çərçivəsində tədbirlərin uğurla keçirilməsini, eləcə də Rusiyada keçirilmiş Azərbaycan İli çərçivəsində irəli sürülmüş layihələrin gerçəkləşdirilməsini ikitərəfli əlaqələrin kompleks şəkildə inkişafına sanballı əlavə təkan kimi qiymətləndiririk. Əminəm ki, qarşılıqlı surətdə Milli İllərin keçirilməsi ölkələrimizin xalqlarının mədəni və mənəvi sahədə daha da yaxınlaşması işində mühüm addımdır.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və uğurlar, bütün Azərbaycan xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti