RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İndi isə, nəzərimizi gələcəyə yönəltmək üçün münasib vaxtdır. Azərbaycanın neft və qaz gəlirləri ölkənizə xüsusi bir fürsət yaradır. Mən Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirirəm. Ümidvaram ki, Siz gələn illər ərzində Azərbaycan üçün dövlət sərmayələri ilə bağlı qəbul edəcəyiniz qərarlarda şəffaflığa və ictimaiyyət qarşısında cavabdehliyə yüksək əhəmiyyət verəcəksiniz.
Hazırkı əsas layihələrin başa çatdırılması ərəfəsində gələn illər üçün qarşıda duran vəzifələri nəzərdən keçirməyin, eləcə də, Azərbaycanın və regionun resurslarından Azərbaycanın və ümumiyyətlə, regionun, dünya iqtisadiyyatının inkişafı üçün bundan sonra da istifadə olunması yollarını müzakirə etməyin vaxtı yetişibdir. Təbii ki, mən bu məsələlərdə Britaniya şirkətlərinin aparıcı rolunun davam etdirilməsinə ümid bəsləyirəm.
Eyni zamanda, mən Azərbaycanın Avropa İttifaqı, NATO, ATƏT və Avropa Şurası ilə münasibətlərinin davam etdirilməsini, ümumi dəyərlər, o cümlədən demokratiya, qanunun aliliyi və açıq iqtisadiyyat əsasında etibarlı gələcəyin qurulmasını səmimiyyətlə arzulayıram. Ən vacibi isə, ümid edirəm ki, uzun müddət ərzində çox insanın həyatına son qoymuş münaqişənin bu il ədalətli və davamlı həllinə nail olmaq mümkün olacaqdır və bunun nəticəsində Sizin region və xalqınız potensialından tam istifadə edəcəkdir.
Toni Bleyer Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının Baş naziri