Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

Tarif Şurasının katibliyindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, iclasda aidiyyəti dövlət qurumlarının təklifləri əsasında əhali üçün telefondan istifadəyə görə aylıq abunə haqqına, beynəlxalq telefon danışıqları, ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi, AzStateNet Dövlət İnternet və xüsusi rabitə xidmətlərinin tariflərinə, eləcə də Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən dayanacaqlara nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsilə gətirilməsi və saxlanılması xidmətlərinin, suvarma suyundan istifadə xidmətlərinin, standartlaşdırma və metrologiya xidmətlərinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən göstərilən yeni xidmətlərin, həmçinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosunun göstərdiyi xidmətlərin tariflərinə baxılmış və müvafiq qərar qəbul edilmişdir.

Hazırda ölkənin telekommunikasiya bazarında aylıq abunə və yerli danışıq haqlarının maya dəyərindən dəfələrlə aşağı qiymətlərlə, beynəlxalq danışıqların isə əksinə, maya dəyərindən yuxarı qiymətlərlə təqdim olunması rabitə operatorlarının itkilərini çarpaz subsidiyalar yolu ilə tənzimlənməsinə gətirib çıxarır, istehlakçıların beynəlxalq danışıq imkanlarını məhdudlaşdırırdı.

Bu cür çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə əhali üçün telefondan istifadəyə görə aylıq abunə haqları və beynəlxalq telefon danışıqları üzrə 2 tarif paketi hazırlanmışdır.

Belə ki, əvvəllər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində əhali tərəfindən telefondan istifadəyə görə elektron ATS-lər üçün 66 qəpik, oxşar ATS-lər üçün isə 60 qəpik aylıq abunə haqqı ödənilməklə, MDB ölkələri istiqamətində beynəlxalq danışıqların 1 dəqiqəsi üçün 45 qəpik, İran və Türkiyə istiqamətində 90 qəpik, Avropa ölkələri istiqamətində 1 manat 8 qəpik, Amerika və digər ölkələrlə danışıqların hər dəqiqəsi üçün isə 1 manat 44 qəpik haqq ödənilirdi. Mövcud tarif paketinə alternativ olaraq hazırlanmış I tarif paketində şəhər yerlərində aylıq abunə haqqı elektron ATS-lər üçün 1 manat 50 qəpik, oxşar ATS-lər üçün isə 1 manat 30 qəpik müəyyənləşdirilmişdir. Bu halda MDB ölkələri istiqamətində 1 dəqiqəlik beynəlxalq danışıq tarifi 20 faiz azaldılaraq 36 qəpik, İran və Türkiyə istiqamətində 45 qəpik (mövcud tariflərdən 50 faiz az), Avropa ölkələri istiqamətində 54 qəpik (mövcud tariflərdən 50 faiz az), Amerika və digər ölkələr istiqamətində isə 62,5 faiz azaldılaraq 54 qəpik səviyyəsində müəyyənləşdirilmişdir. Qəbul olunan II tarif paketində isə şəhər ərazilərində yaşayan əhali telefondan istifadəyə görə aylıq abunə haqqını mövcud tariflərə uyğun (elektron ATS-lər üçün 66 qəpik, oxşar ATS-lər üçün 60 qəpik) ödəyəcəyi halda, MDB ölkələri ilə beynəlxalq danışıqlar üçün mövcud tariflər (45 qəpik) saxlanılacaq, İran və Türkiyə istiqamətində 50 faiz azaldılaraq 54 qəpik, Avropa ölkələri istiqamətində 33,3 faiz azaldılaraq 72 qəpik, Amerika və digər ölkələr istiqamətində isə 37,5 faiz azaldılaraq 90 qəpik həddində müəyyən olunmuşdur.

Kənd ərazilərində yaşayan əhali üçün telefondan istifadəyə görə aylıq abunə haqqı elektron ATS-lər üçün 50 qəpik, oxşar ATS-lər 40 qəpik səviyyəsində müəyyənləşdirilmiş, beynəlxalq danışıqların tarifləri MDB ölkələri istiqamətində dəyişdirilməmiş (hər dəqiqə üçün 36 qəpik), İran və Türkiyə istiqamətində 37,5 faiz azaldılaraq 45 qəpik, Avropa ölkələri istiqamətində 40 faiz azaldılaraq 54 qəpik, Amerika və digər ölkələr istiqamətində danışıqlar üçün isə 50 faiz azaldılaraq 54 qəpik olaraq müəyyənləşdirilmişdir.

Rabitə xidmətləri üzrə yeni tariflər paketlərinin seçimi abunəçilərin arzusuna uyğun olaraq aparılacaqdır.

Büdcə təşkilatları və digər kateqoriyadan olan abunəçilər telefondan istifadəyə görə aylıq abunə haqqını mövcud tariflərə uyğun ödəyəcəklər. Bu qurumlar beynəlxalq telefon danışıqları üzrə isə I tarif paketində nəzərdə tutulmuş tariflərə uyğun ödəniş aparacaqlar ki, bu da mövcud tariflərin təqribən 46 faiz azaldılması deməkdir.

Bundan başqa “107” xidmət sahəsi vasitəsilə aparlan hər bir şəhərlərarası və beynəlxalq telefon danışığı üçün xidmət haqqı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı, Naftalan şəhərlərində, Naxçıvan MR ərazisində və rayon mərkəzlərində 33,3 faiz azaldılaraq 20 qəpik, kənd yerlərində isə 44,4 faiz azaldılaraq 5 qəpik həcmində müəyyəşləşdirilmişdir.

Bunlarla yanaşı, Şuranın iclasında ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi tarifləri barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təkliflərinə də baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.

Qəbul olunmuş rabitə tarifləri aidiyyəti üzrə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında və mülkiyyət formasından asılı olmayaraq ümumistifadəli telekommunikasiya şəbəkəsndə fəaliyyət göstərən bütün sabit və mobil şəbəkə operatorlarına şamil olunacaqdır.

Tarif (qiymət) Şurasının iclasında, həmçinin DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən dayanacaqlara nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsilə gətirilməsi və orada saxlanılması xidmətləri üçün tariflərin 1 avtomobil üçün 20 manat, belə nəqliyyat vasitəsinin dayanacaqda bir gün saxlanması üçün isə 0,30 manat məbləğində olması məqsədəuyğun hesab edilmişdir.

İclasda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən göstərilən xidmətlərin tariflərinə dair təkliflərə də baxılmışdır. Belə ki, təkliflərdə suvarma suyu üçün hesablaşmaların əvvəllər olduğu kimi, hektara görə deyil, verilən suyun həcminə görə aparılması və suvarma suyunun min kubmetrə qədər qiymətinin 0,60 manat səviyyəsində olması təklif edilmişdi.

Təqdim olunan məlumatlar Şuranın katibliyi tərəfindən təhlil edilmiş, kənd təsərrüfatı ilə məğul olan sahibkarların maraqları və sudan qənaətlə istifadənin stimullaşdırılması məqsədi ilə ölçü vahidi olaraq, hektardan kubmetrə keçid barədə təklif qəbul edilmişdur. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanlar min kubmetr suvarma suyu üçün 0,50 manat ödəyəcəklər. Bir hektar qış otlaq sahələrinə və örüşlərə verilən su üçün də hazırda qüvvədə olan tarifin (hər min kubmetr su üçün 0,40 manat) saxlanılması məqsədəmüvafiq hesab edilmişdir.

Şuranın iclasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən göstərilən 1000-dən çox xidmət üzrə tariflər də müzakirə edilmiş və müvafiq qərar qəbul olunmuşdur.

Belə ki, ən çox istifadə olunan məişət cihazlarının (elektrik enerjisi, qaz və su sayğacları) yoxlanması tarifləri 0,7 manat səviyyəsində müəyyənləşdirilmişdir.

Ümumiyyətlə, hazırda Agentlik tərəfindən 1000-dən çox xidmət göstərilir. Şuranın qərarına əsasən, bu xidmətlər üzrə zəruri yuvarlaqlaşdırma aparılmış, yalnız 50-dək tarifdə qismən dəyişikliklər edilmişdir.

Şuranın iclasında Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən göstərilən yeni xidmətlərin tarifləri barədə təkliflər də müzakirə olunmuş və onların qəbul olunması məqsədəmüvafiq hesab edilmişdir.

Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinə də baxılmış və mövcud tarif və əmsallara istehlakçıların mənafeyi baxımından əlavə və dəyişikliklər edilmişdir ki, bu da ümumilikdə tikililərin inventarlaşdırılması və texniki pasportun tərtib edilməsi tariflərinin bir sıra xidmətlər üzrə 10-15 faiz aşağı düşməsi ilə nəticələnəcəkdir.

Tarif (qiymət) Şurası tərəfindən qəbul olunmuş yeni tariflər 2006-cı il mayın 1-dən qüvvəyə minəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib