AZƏRBAYCAN SƏFİRİ ETİMADNAMƏSİNİ LİVİYARƏHBƏRLİYİNƏ TƏQDİM ETMİŞDİR
Əvvəlcə, Azərbaycanın dövlət himni səsləndirilmışdır. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı etimadnaməni təqdim etməkdən şərəf duyduğunu bildirmiş, ölkələrimiz arasındakı mehriban dostluq münasibətlərinin daha da inkişafı naminə çalışacağını və diplomatik fəaliyyətində ölkə rəhbərliyinin qayğısına və dəstəyinə ümidvar olduğunu söyləmişdir.
Sonra Əz-Zinəti Məhəmməd Əz-Zinəti Faiq Bağırovla səmimi söhbət etmişdir.
Prezident İlham Əliyevin salamlarını və ehtiramını Liviyanın ali siyasi rəhbərliyinə çatdırmaqdan məmnunluq duyduğunu söyləyən səfir iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərin bünövrəsinin Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Liviya İnqilabının rəhbəri Müəmmər Qəzzafi tərəfindən qoyulduğunu xüsusi vurğulamış, ölkəmizə siyasi və mənəvi dəstək verdiyi üçün Liviya hökumətinə və xalqına Azərbaycan rəhbərliyinin minnətdarlığını çatdırmışdır.
Əz-Zinəti Məhəmməd Əz-Zinəti səfirin etimadnaməsini qəbul etməsindən məmnunluğunu bildirərək, Liviya ilə Azərbaycan arasında əlaqələrdən danışmış və bu əlaqələrin yüksələn xətlə inkişaf edəcəyinə tam əmin olduğunu vurğulamışdır.
Əz-Zinəti Məhəmməd Əz-Zinəti Liviya İnqilabının rəhbəri Müəmmər Qəzzafinin şəxsi salamlarını və ehtiramını Prezident İlham Əliyevə çatdırmağı xahiş etmiş, səfirə uğurlar arzulamış və fəaliyyəti müddətində lazımi kömək göstəriləcəyini söyləmişdir.