AZƏRBAYCAN SƏFİRLİYİNİN ƏMƏKDAŞI ÇİN DİPLOMATİYA AKADEMİYASINDA DOKTORLUQ DİSSERTASİYASI MÜDAFİƏ ETMİŞDİR
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfirliyin referenti Rəşad Kərimov Çin Diplomatiya Akademiyasında beynəlxalq siyasət ixtisası üzrə “Azərbaycanın xarici siyasəti və Azərbaycan-Çin münasibətləri” mövzuda doktorluq dissertasiyası müdafiə etmişdir. 2004-cü ilin sentyabrından həmin Akademiyanın doktoranturasında təhsil alan R.Kərimov ÇXR-də, o cümlədən Çin Diplomatiya Akademiyasında Azərbaycan ilə Çin arasında təhsil sahəsində həyata keçirilən əməkdaşlıq tarixində doktoranturanı bitirmiş və doktorluq dissertasiyasını müdafiə etmiş ilk azərbaycanlıdır.
######
