Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 19 mindən çox şəxs qəbul edilib
Naxçıvan, 12 iyun, AZƏRTAC
Cari ilin yanvar–may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 19 min 524 şəxs qəbul edilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 28 min 467 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz çoxdur.
Ümumi xidmətlərin 83 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.
Yanvar–may aylarında vergi ödəyicilərinə 570 min 131 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, vergi ödəyiciləri ilə 54 görüş keçirilib, 314 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 2025 müraciət üzrə 3450 “Asan İmza” sertifikatı verilib.
Müxbir- Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:11]
Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb
- 07.08.2026 [16:25]
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
- 07.08.2026 [15:41]
Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb
- 07.08.2026 [14:31]
Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO
- 07.08.2026 [14:29]
Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB
- 07.08.2026 [14:24]
Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb
- 07.08.2026 [12:11]