Azərbaycan Dövlət İnformasiya Agentliyi

FAO mütəxəssisi: Azərbaycanın yeni kənd təsərrüfatı proqramı kifayət qədər əhatəli xarakter daşıyır

FAO mütəxəssisi: Azərbaycanın yeni kənd təsərrüfatı proqramı kifayət qədər əhatəli xarakter daşıyır

Bakı, 12 iyun, AZƏRTAC

Kənd təsərrüfatı hazırda iqlim dəyişiklikləri, geosiyasi qeyri-sabitlik və kənd təsərrüfatı təchizat zəncirlərini, istehsal sistemlərini, qlobal logistikanı pozmağa davam edən hərbi münaqişələr də daxil olmaqla çoxsaylı qlobal çağırışlarla üz-üzədir. Vaxtında və koordinasiyalı tədbirlər görülməzsə, bu problemlər yalnız milli və regional səviyyədə deyil, bütövlükdə qlobal aqroərzaq sistemində ərzaq təhlükəsizliyi risklərinə səbəb ola bilər. Təsirlər dərhal görünməyə bilər, lakin fermerlərin əkin sahələrini azaltması, daha az gübrə istifadə etməsi, investisiyaları təxirə salması, yaxud artan xərclər və məhdud resurslar səbəbindən istehsalı davam etdirə bilməməsi nəticəsində uzunmüddətli perspektivdə özünü göstərə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Romada yerləşən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mütəxəssisi Toğrul Quliyev deyib.

O xatırladıb ki, 2025-ci ilin oktyabr ayında Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 2026-2030-cu illər üzrə Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsini imzalayıb və bu sənəddə kənd təsərrüfatı xüsusi yer tutur. FAO Azərbaycanda aqroərzaq sistemlərinin transformasiyası üzrə aparıcı texniki BMT tərəfdaşı kimi çıxış edir. Bu il mayın 25-də Azərbaycanda kənd təsərrüfatının inkişafına həsr olunmuş yüksəksəviyyəli görüşün keçirilməsi və bunun davamı olaraq “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026 - 2030-cu illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi kənd təsərrüfatı və aqroərzaq sistemlərinin Azərbaycanın uzunmüddətli inkişaf gündəliyində strateji əhəmiyyətini, həmçinin dayanıqlı inkişaf məqsədləri ilə güclü uyğunluğunu açıq şəkildə nümayiş etdirir.

“Təqdim olunan proqram kifayət qədər əhatəli xarakter daşıyır və burada xüsusi diqqət ənənəvi kənd təsərrüfatı yanaşmalarından müasir, texnologiyaya əsaslanan, məlumat yönümlü, dayanıqlı və iqlim dəyişikliklərinə davamlı kənd təsərrüfatı modelinə keçidə verilməlidir. Gündəlikdə rəqəmsallaşma, məlumatların idarə olunması, texnoloji inkişaf, süni intellekt, GIS texnologiyaları və kənd təsərrüfatı məlumat sistemlərinin tətbiqi xüsusi yer tutur. Məqsəd dəqiq əkinçiliyin inkişafı, məhsuldarlığın artırılması və resursların daha səmərəli idarə olunmasının təmin edilməsidir.

Eyni zamanda, proqram ərzaq təhlükəsizliyi, su resurslarının səmərəli idarə olunması, suvarma sistemlərinin modernləşdirilməsi və təbii resurslardan dayanıqlı istifadə məsələlərinə ciddi diqqət ayırır. İqlim dəyişikliklərinin və su qıtlığının kənd təsərrüfatına təsirinin qlobal miqyasda getdikcə artdığını nəzərə alsaq, Azərbaycanın iqlimə uyğun ağıllı kənd təsərrüfatına, rəqəmsal suvarma sistemlərinə və ekosistemlərin qorunmasına yönəlməsi sektorun uzunmüddətli dayanıqlığını gücləndirməyə hesablanmış uzaqgörən yanaşmanı əks etdirir.

Bundan əlavə, balıqçılıq və akvakultura sahələrinə də xüsusi əhəmiyyət verilir. Bu sahələr isə getdikcə daha çox ərzaq təhlükəsizliyinə, regionlarda məşğulluğun artırılmasına və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verən strateji istiqamətlər kimi qiymətləndirilir. Akvakultura inkişafının milli kənd təsərrüfatı gündəliyinə və beynəlxalq əməkdaşlıq çərçivələrinə inteqrasiyası Azərbaycanın aqroərzaq istehsalını diversifikasiya etmək və dayanıqlı ərzaq sistemlərini genişləndirmək niyyətini nümayiş etdirir”, - deyə T.Quliyev diqqətə çatdırıb.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) aqrar idarəetmənin əsas alətlərindən biri kimi çıxış edərək 600 mindən çox fermer haqqında məlumat bazasını formalaşdırıb və subsidiyaların tam rəqəmsallaşdırılması vasitəsilə şəffaflığın, səmərəliliyin artırılmasına imkan yaradıb. “Azərbaycanın kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi üzrə tədqiqat”ın nəticələrinə əsasən, dəqiq kənd təsərrüfatı texnologiyalarının tətbiqi məhsuldarlığı təxminən 25 faiz artırır, su və gübrə istifadəsini isə əhəmiyyətli dərəcədə azaldır.

İnklüziv, dayanıqlı və davamlı aqroərzaq sistemi

“Uzun illərdir ki, əhalinin kənd yerlərindən şəhərlərə miqrasiyası müşahidə olunur. Lakin texnologiyanın, süni intellektin, dəqiq əkinçiliyin və rəqəmsal kənd təsərrüfatının sürətli inkişafı ilə bu tendensiya tədricən dəyişə bilər. İnnovasiyaların kənd təsərrüfatına inteqrasiyası gənc nəslin bu sektora daha müasir, perspektivli və peşəkar baxımdan cəlbedici sahə kimi yanaşmasına səbəb ola bilər.

Rəqəmsallaşma əhalinin rəqəmsal savadlılığının artırılmasını tələb edir və bu istiqamət milli proqramda prioritet kimi müəyyən edilib. Dövlət dəstəkli onlayn təhsil təşəbbüsləri fərdlər üçün geniş imkanlar yaradır. Belə ki, C4IR və Təhsilin İnkişafı Fondu tərəfindən “Coursera” ilə birgə həyata keçirilən proqramlar 2025-ci ilin sonuna qədər 37 mindən çox vətəndaşı əhatə edərək rəqəmsal bacarıqların inkişafında mühüm rol oynayıb.

Bununla belə, bu transformasiya təhsil imkanları və sektorda uzunmüddətli karyera perspektivləri ilə sıx bağlı olaraq qalacaq. Bu istiqamətdə artıq ikili diplom proqramları və beynəlxalq akademik əməkdaşlıq çərçivəsində, xüsusilə İtaliyanın Bolonya Universiteti və Turin Politexnik Universiteti ilə birgə mühüm işlər görülür. Bu təşəbbüslər müasir, iqlimədavamlı və innovasiyaya əsaslanan aqroərzaq sektorunu inkişaf etdirə biləcək yeni nəsil texnoloji bacarıqlara malik kənd təsərrüfatı mütəxəssislərinin hazırlanmasına xidmət edir. Nəticə etibarilə, bu transformasiyanın uğuru yalnız texnoloji investisiyalardan deyil, eyni zamanda, innovasiyaların bütün səviyyələrdə fermerlərə çatdırılmasından asılı olacaq. Məqsəd gələcək üçün inklüziv, dayanıqlı və davamlı aqroərzaq sisteminin formalaşdırılmasıdır”, - deyə mütəxəssis əlavə edib.

Müxbir - Ceyhun Xəlilov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb  YENİLƏNƏCƏK  VİDEO

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK VİDEO

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb