Astara terminalında tranzit daşımaların həcmi artıb
Bakı, 12 iyun, AZƏRTAC
İran ərazisində yerləşən Astara terminalı Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin mühüm elementlərindən biri kimi tranzit daşımalarında rolunu daha da gücləndirir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, bu ilin ilk 5 ayı ərzində terminalda 346 min tondan çox yük aşırılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artım deməkdir.
Qeyd edilib ki, tikinti işləri yekunlaşmaq üzrə olan Astara terminalı tam gücü ilə fəaliyyətə başladıqdan sonra illik 3,5-4 milyon ton yükötürmə qabiliyyətinə malik olacaq. Bu isə region üzrə yükdaşımaları həcminin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:26]
Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır
- 07.10.2026 [12:23]
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
- 07.10.2026 [12:07]
Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir
- 07.10.2026 [11:41]
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- 07.10.2026 [11:37]