AZƏRBAYCAN SƏFİRLİYİNİN FƏAL MÖVQEYİ SAYƏSİNDƏ UKRAYNADA TƏQSİRKARLAR MƏHKƏMƏ QARŞISINDA CAVAB VERƏCƏKLƏR
Aparılmış ilkin istintaq nəticəsində müəyyən edilmişdir ki, bu cinayətdə Ukrayna DİN Dnepropetrovsk vilayət idarəsinin Pyatixatski rayon bölməsi əməkdaşlarının əli olmuşdur. M.Qolomşa bildirir ki, bununla əlaqədar iyulun 2-də Dnepropetrovsk vilayət prokurorluğu cinayət axtarışı üzrə əməliyyat müvəkkili A.Maxasovun barəsində cinayət işi qaldırmışdır. O, xidməti səlahiyyət həddini, qanunla ona verilmiş hüquq və səlahiyyətləri aşaraq, N.Məmmədova ağır bədən xəsarətləri yetirmişdir.
Məktubda daha sonra bildirilir ki, Dnepropetrovsk vilayətinin Oktyabr rayon məhkəməsi A.Maxasovun barəsində həbs qətimkan tədbiri seçmişdir.
Ukrayna baş prokurorluğu məhkəməyəqədər istintaqın gedişini nəzarətə götürmüşdür.
Beləliklə, ölkəmizin səfirliyinin fəal mövqeyi, Ukrayna hüquq mühafizə orqanlarının rəhbərlərinə, ombudsman Nina Karpaçyovaya müraciət etməsi, diplomatlarımızın Dnepropetrovsk vilayətinə ezam edilməsi sayəsində bu insidentə diqqət cəlb edilmiş, fakt üzrə cinayət işi qaldırılmışdır. O, layiqli cəzasını alacaqdır.
Azərbaycan səfirliyi bu işin həmvətənlərimizə ağır bədən xəsarətləri yetirilməsində təqsirkar olan digər iştirakçılarının da cinayət məsuliyyətinə cəlb olunmasını təkidlə tələb edəcəkdir.