AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNDƏ UĞURLU İSLAHATLAR APARILIR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-nun Cənubi Qafqazda əlaqələndirici zabiti Zbiqnev Rıbatskı Azərbaycan Silahlı Qüvvələrində uğurlu islahatların aparıldığı barədə nazirliyin ünvanına məktub göndərmişdir.
Məktubda deyilir: “Sizin ölkənizin Silahlı Qüvvələri hökumətinizin müəyyənləşdirdiyi islahatları müvəffəqiyyətlə yerinə yetirir. Azərbaycan hərbi qulluqçularının əldə etdikləri tərəqqi NATO-nun əlaqələndirici zabiti kimi məndə böyük təəssürat yaratmışdır. Mən Azərbaycan Silahlı Qüvvələrinə davamlı uğurlar arzulayıram.”