Azərbaycan Taekvondo Federasiyası tərəfindən məşqçi-müəllimlər üçün seminar təşkil edilir
Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycan Taekvondo Federasiyası tərəfindən məşqçi-müəllimlər üçün seminar təşkil edilir.
AZƏRTAC xəbər verir ki, federasiyanın inzibati binasının taekvondo zalında başlayan seminar yanvarın 10-dək davam edəcək.
İkinci dan qara kəmər sahibi olan məşqçi-müəllimlərin qatıldığı seminara Azərbaycan Taekvondo Federasiyasının texniki direktoru, beynəlxalq dərəcəli hakim Oh Kvanq Çol rəhbərlik edir.
İmtahanları müvəffəqiyyətlə başa vuran məşqçi-müəllimlərə müvafiq sertifikatlar təqdim olunacaq.