Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi - FOTOKOMPOZİSİYA

Bakı, 10 may, AZƏRTAC

Müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 100 il ötür. Ulu Öndərin zəngin dövlətçilik irsi indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir.

Tariximizin bütöv bir qərinəsi xalqımızın Ümummilli Liderinin adı ilə qırılmaz tellərlə bağlıdır. Onun Vətəni və xalqı qarşısında misilsiz xidmətləri unudulmur, daim minnətdarlıq hissi ilə xatırlanır. Hər il mayın 10-da xalqımız öz Ulu Öndərinin xatirəsini böyük ehtiramla yad edir, xatirələr dilə gəlir.

Müxtəlif vaxtlarda çəkilmiş fotoşəkillər bizi Heydər Əliyevli günlərə qaytarır. AZƏRTAC-ın arxivində bu dahi insanın həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən minlərlə nadir fotoşəkil saxlanılır. Həmin fotolar əsasında hazırlanmış xüsusi layihəni təqdim edirik.

         

Yüz il əvvəl Naxçıvanın ucqar kəndində, sadə ailədə dünyaya göz açmış Heydər Əliyev siyasət olimpinin zirvəsinədək yüksəldi. Naxçıvandan başlayan yol Kremlədək gedib çıxdı.

Yüksək vəzifələrdə çalışmasına baxmayaraq, o hər cür dəbdəbədən uzaq, sadə bir həyat yaşayıb. Respublikanın rəhbəri Heydər Əliyevin və onun ömür-gün yoldaşı, görkəmli alim Zərifə xanımın ailəsi adi azərbaycanlı ailəsindən demək olar heç nə ilə fərqlənmirdi. Sadəlik, milli-mənəvi dəyərlər, vətənpərvərlik bu ailə üçün həyat kredosu idi. Onlar öz övladlarını da bu ruhda tərbiyə edirdilər.

Bu barədə danışan Ulu Öndər deyirdi: “Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”.

Hələ gənc yaşlarından yüksək vəzifələr tutan Heydər Əliyev 1969-cu ildən başlayaraq çiyinlərində bütün ölkənin yükünü daşıyırdı. İşinin çoxluğuna baxmayaraq ailəsinə də vaxt ayırırdı. Ailə albomundakı bəzi fotolar uzaq keçmişə aiddir. Biz bu fotolarda onu ömür-gün yoldaşı Zərifə xanımın yanında, övladları İlham və Sevilin, nəvələri Leyla, Arzu və Heydərin, gəlini Mehriban xanımın əhatəsində görürük.

Bu tarixi fotolar sanki dilə gələrək Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ata, mehriban baba olduğundan danışır.

  

  

 

   

Azərbaycanın hələ SSRİ dövründə yaşadığı yüksəliş, tənəzzüldən inkişafa gedən yol Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.

1969-cu ilin iyulu... Bu təqvimin Azərbaycan tarixində xüsusi yeri var. Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumunda Heydər Əliyev birinci katib seçiləndən sonra respublikamızın həyatında yeni bir dövr başladı. O, ətalət və durğunluq buzunu sındırdı, onun hakimiyyətə gəlişi ilə həyat ritmi büsbütün dəyişdi.

Bakıda o dövr üçün nadir müəssisələrdən, paytaxtımıza bu gün də yaraşıq verən binalar - “Gülüstan” sarayı, Heydər Əliyev Sarayı tikildi. Həmçinin Yeni Əhmədli, Günəşli kimi nəhəng yaşayış massivləri salındı. Kənd təsərrüfatı məhsulları istehsalı dəfələrlə artdı. Bunun nəticəsi olaraq, əhalinin güzəranı da yaxşılaşdı. Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər haqlı olaraq intibah dövrü kimi səciyyələndirilir.

 

  

Respublikanın əvvəlki rəhbərlərindən fərqli olaraq, Heydər Əliyev bölgələrə mütəmadi səfərlər edir, zəhmət adamları ilə iş başında görüşür, onların problemləri və qayğıları ilə maraqlanırdı.

 

  

Ulu Öndərin alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə görüşləri də ənənə halını almışdı. Aşağıdakı fotolar bizi xəyalən həmin illərə qaytarır.

  

1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Bu, Azərbaycanda bayram əhval-ruhiyyəsi doğurdu, böyük qürurla qarşılandı. Ulu Öndər vəzifə səlahiyyətlərindən istifadə edərək, İttifaq əhəmiyyətli bəzi layihələri Bakıya yönəltdi. Coşqun fəaliyyəti, yüksək təşkilatçılıq bacarığı onu bütün ittifaqda məşhurlaşdırdı.

AZƏRTAC-ın arxivində siyasi büronun üzvü, SSRİ hökumətində ikinci şəxs olan Heydər Əliyevin fəaliyyətinin bəzi məqamlarını əks etdirən fotolar da var.

  

Heydər Əliyevin artan nüfuzu və şöhrəti Kreml rəhbərliyində həsəd və paxıllıq hissləri yaradırdı. Mixail Qorbaçov SSRİ-də siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi. Baş katiblə aralarında yaranmış ciddi fikir ayrılığı səbəbindən 1987-ci ildə tutduğu vəzifələrdən istefa verdi. Doğma Vətənin başı üzərini qara buludlar alanda Azərbaycana qayıtdı.

Ulu Öndərin xalq arasındakı böyük nüfuzundan qorxuya düşən respublika rəhbərləri onun Bakıya yolunu kəsdi. Bu səbəbdən Heydər Əliyev doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Həmin vaxt çəkilmiş fotoşəkillərdə dahi rəhbərin Naxçıvan həyatının bəzi məqamları əks olunub.

  

Naxçıvan Ali Sovetinin Sədri seçilən Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Yetmiş ildən sonra ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızı ucaltdı.

İqtidarın naşılığı, kreslo davaları Azərbaycanı uçuruma sürükləyirdi. Respublikada xaos və anarxiya hökm sürürdü, müstəqilliyimiz üçün böyük təhlükə yaranmışdı. Belə ağır bir dönəmdə xalq Ulu Öndəri köməyə çağırdı. 1993-cü il iyunun 9-da onu Bakıya gətirən təyyarə Binə Hava Limanına eniş etdi. Xalq xilaskar gözündə gördüyü böyük oğlunu böyük ümid və sevgi ilə qarşıladı.

1993-cü il, 15 iyun. Tariximizə Dirçəliş Günü kimi yazılan həmin gün Heydər Əliyev Ali Sovetin sədri seçildi. Xalqın taleyi üçün məsuliyyəti və xilaskarlıq missiyasını çiyinlərinə götürdü. İctimai-siyasi sabitliyi bərpa edərək əmin-amanlığa, dinc quruculuğa yol açdı. İki dövlət çevrilişi cəhdinin, müxtəlif təxribatların qarşısını alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi. Ulu Öndərin cəbhə bölgəsində əsgər və zabitlərlə görüşləri ordumuzun döyüş ruhunu daha da artırdı.

 

Azərbaycanı inkişafa aparan yol “Əsrin müqaviləsi” adlanan neft sazişinin imzalanması ilə başladı. Ölkədə hələ siyasi-ictimai sabitlik yetərincə möhkəm deyildi. Azərbaycana sərmayə qoymaq riskli idi. Heydər Əliyev “Amoko”, “BP”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətləri inandırmağı bacardı ki, Azərbaycana qoyulan sərmayə batmayacaq. Uzun-uzadı çətin danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də Azərbaycanın sosial-iqtisadi inkişafının başlanğıc nöqtəsi olan “Əsrin müqaviləsi” imzalandı. Ulu Öndərin digər mühüm layihəsi Bakı-Tbilisi-Ceyhan neft kəməri oldu. Həmçinin onun təşəbbüsü ilə Bakı-Tbilisi-Ərzurum qaz kəməri ərsəyə gəldi. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü hadisələrlə zəngindir. Fotoşəkillər həmin tarixi günləri özündə yaşadır.

  

Ümummilli Liderin xalqı qarşısında daha bir müstəsna xidməti özündən sonra İlham Əliyev kimi layiqli varis qoymasıdır. Ulu Öndər həyatının son günlərində xalqa etdiyi müraciətdə ona özü qədər inandığını deyir və bildirirdi ki, İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq. Zaman Ulu Öndərin bu inamını təsdiqlədi. Prezident İlham Əliyev 20 ildir ki, Azərbaycana uğurla rəhbərlik edir, bir-birindən möhtəşəm zəfərlərə imza atır.

  

Qarabağın düşmən tapdağından azad edilməsi Ulu Öndərin ən böyük arzusu idi. Bu müqəddəs arzu 2020-ci ilin noyabrında gerçəkliyə çevrildi. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, 30 il davam edən işğala 44 gündə son qoyuldu. Dəmir yumruqla başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi.

 

Bu tarixi Zəfərdən söhbət açarkən Prezident İlham Əliyevin Şuşa işğaldan azad olunan gün Fəxri xiyabanda Ulu Öndərin məzarını qürurla ziyarət etməsi, xalqa müraciətində dediyi sözlər yada düşür: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!

 

Doğurdan da bu gün Ulu Öndərin ruhu şaddır: Düşmənin darmadağın etdiyi yurd yerlərimiz bərpa olunur, Qarabağa həyat yenidən qayıdır.

  

  

  

  Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin təməlində Heydər Əliyevin ideyaları, inkişaf strategiyası dayanır. Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi illər ötdükcə daha aydın görünür.

“Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində onun tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir”, - bir neçə gün əvvəl Şuşada keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyevin söylədiyi bu fikirlər Ulu Öndərin portret cizgilərini tamamlayan bariz ştrixlərdir.

X X X

Ulu öndər Heydər Əliyevin Fəxri xiyabandakı möhtəşəm abidəsi əbədiyyət simvoluna və ziyarətgaha çevrilib.

  

Hər il mayın 10-da və dekabrın 12-də Fəxri xiyabanda böyük izdiham yaşanır. On minlərlə insan Ulu Öndərin abidəsi önündən keçərək, onun ruhu qarşısında baş əyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası