Azərbaycan təmsilçiləri mayın 14-də “Eurovision-2011” müsabiqəsinin finalında səhnəyə 19-cu çıxacaqlar
Bakı, 11 may (AZƏRTAC). Azərbaycan təmsilçiləri mayın 14-də keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsinin final mərhələsində 19-cu çıxış edəcəklər.
AZƏRTAC xəbər verir ki, birinci yarımfinal başa çatdıqdan sonra finala vəsiqə qazanan 10 təmsilçinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında hər təmsilçiyə iki sual ünvanlanmış və finala vəsiqə qazanan ifaçılar bu şansı qazanmalarından xoşbəxt olduqlarını diqqətə çatdırmışlar.
Məlum olmuşdur ki, Serbiya finalda 24, Litva 4, Yunanıstan 6, Azərbaycan 19, Gürcüstan 25, İsveçrə 13, Macarıstan 5, Finlandiya 1, Rusiya 10, İslandiya isə 21-ci nömrə altında çıxış edəcəklər.
Qeyd edək ki, mayın 12-də Düsseldorf “Esprit Arena”da daha 19 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq və yalnız 10-u bu şansı qazanacaqdır.
Mayın 14-də ümumilikdə 25 ölkə təmsilçiləri birincilik uğrunda yarışacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]
Aleksandr Şarovski - görkəmli teatr xadimi, böyük ustad
- 08.09.2026 [22:07]