Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Tərcümə Mərkəzinin Elmi Şurası ilk toplantısını keçirib

Azərbaycan Tərcümə Mərkəzinin Elmi Şurası ilk toplantısını keçirib

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Tərcümə Mərkəzinin yeni seçilmiş İdarə Heyəti ilə Elmi Şurasının birgə toplantısı keçirilib.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, toplantını giriş sözü ilə Mərkəzin İdarə Heyətinin sədri Afaq Məsud açaraq, qurumun yeni təyin edilmiş İdarə Heyətinin üzvlərini (akademik Nizami Cəfərov, psixologiya elmləri doktoru, professor Səməd Seyidov) və yeni tərkibdə təsdiq olunmuş Elmi Şurasının üzvlərini (filologiya elmləri doktoru, professor Vilayət Quliyev, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, filologiya elmləri doktoru, professor Rüstəm Rəsulov, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri doktoru Paşa Kərimov) salamlayıb.

Toplantıda Mərkəzin 2014-2018-ci illər üzrə fəaliyyəti, “Azərbaycan dilinin orfoqrafiya sözlüyü”nün yeni nəşri ilə bağlı hesabatlar dinlənilib, 2019-cu ilin tematik planı, dil və tərcümə sahəsinin təkmilləşdirilməsi istiqamətində atılacaq zəruri addımlar müzakirə olunub. Qurumun dörd illik fəaliyyəti, başqa ölkələrdə yaradılan nümayəndəlikləri ilə iş, dövlət qurumlarında həyata keçirilən rəsmi yazışmaların dil və tərcümə keyfiyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, habelə “Azərbaycan dilinin orfoqrafiya sözlüyü”nün yeni nəşrinə dair hesabat Şura üzvləri tərəfindən yüksək qiymətləndirilib.

Mərkəzin fəaliyyəti ilə daim maraqlandığını, keçirilən yerli və beynəlxalq nəşr layihələrinin təqdirəlayiq olduğunu qeyd edən filologiya elmləri doktoru, professor Vilayət Quliyev deyib: “Təəssüf ki, bu vaxta qədər ölkənin tərcümə sahəsində nizam, bu sahəni tənzimləyəcək vahid sistem yox idi. Sevindirici haldır ki, Tərcümə Mərkəzi bu işləri ardıcıl və sistemli, həmçinin ikitərəfli şəkildə həyata keçirir, dünya ədəbiyyatını Azərbaycanda, Azərbaycan ədəbiyyatını dünyada layiqli və peşəkar səviyyədə təbliğ edir. Bu layihələrin Macarıstanda da müştərək şəkildə davam etdirilməsinə ehtiyac var”.

Tərcümə Mərkəzinin gördüyü işlərin göz önündə olduğunu bildirən filologiya elmləri doktoru, professor Cahangir Məmmədli söyləyib ki, qurum hətta ən çətin, maliyyəsiz dövrlərində belə, tərcümə sahəsində böyük uğurlara imza atıb: “Elmi Şuranın bu ilk toplantısında iştirak edənlərin hər biri, Mərkəzlə əməkdaşlıq edə biləcək qurumların aparıcı nümayəndələridir. Məsələn bizim - BDU-nun jurnalistika fakültəsinin, əcnəbi dilləri yaxşı mənimsəmiş çox maraqlı, istedadlı tələbələri var. Mərkəzlə əlaqələri gücləndirib media sahəsində birgə layihələr həyata keçirmək olar”.

Mərkəzin tərcümə nəşrlərini maraqla izlədiyini deyən filologiya elmləri doktoru, professor Rüstəm Kamal qeyd edib ki, görülən işlər ölkədə bir tərcümə mədəniyyəti yaradıb. Tərcümə işinə nə qədər özfəaliyyət müdaxilələri olsa da, artıq hər kəs bu işləri nəzarətdə saxlayan peşəkar bir qurumun mövcudluğundan xəbərdardır. Artıq belə bir rahatlıq var ki, Mərkəz, burada cəmləşən, sözün əsl mənasında peşəkar dil və tərcümə mütəxəssisləri bu sahədə yaşanan problemləri, gedən prosesləri nəzarətdə saxlayır, tərcümə əsərlərinin keyfiyyətini gözdən keçirir, saf-çürük edir. Bu, Tərcümə Mərkəzinin etibarlılıq əmsalının yüksək olduğunun göstəricisidir. “Milli ədəbiyyatı o ədəbiyyatın ənənələrindən çox, tərcümələr yetişdirir, dünya çapına çıxarır və tanıdır. Mərkəzin bu istiqamətdə fəaliyyəti Azərbaycan ədəbiyyatının yeni formatda üzə çıxmasına səbəb olur. Yetişən nəsil bu nəşrləri oxuyaraq, romanın nə olduğunu, yaxşı tərcümənin nə olduğunu anlayır, dünya oxucusunun, oxu çevrəsindən və maraq səviyyəsindən xəbərdar olur. Bəlkə də yeni nəsrin üslubunu, dilini də sizin tərcümələr yaradır. Arzularımı da dilə gətirmək istərdim. Bilirsiniz ki, Rusiyada tərcümə məktəbi var. Düşünürəm, Tərcümə Mərkəzi də öz məktəbini - Tərcümə Akademiyasını formalaşdırmalıdır. Buraya nəzəriyyəçilər, dilçilər toplaşaraq, öz nəzəriyyələrini, təcrübələrini, mətbəx sirlərini gənc tərcüməçilərə ötürməli, bu məruzələr Mərkəzin “Xəzər” jurnalında nəşr edilib yayımlanmalı, sonradan kitab formatında nəşr olunmalı və tədris edilməlidir”, - deyə Rüstəm Kamal vurğulayıb.

Bu gün Azərbaycanda ən ciddi problemin peşəkarlıq problemi olduğunu bildirən professor Qulu Məhərrəmli deyib: “Dil, mədəniyyət, eynilə digər sahələrdə baş verən hadisələr məhz bunu göstərir. Bu mənada, təqdim etdiyiniz hesabatlar çox parlaqdır. Qısa müddət ərzində bu qədər işlər görmək, kitablar tərcümə etmək, nəşrlər həyata keçirmək böyük işdir. Diqqət çəkən məqamlardan biri budur ki, Mərkəz o müəlliflərin əsərlərinə yer ayırır ki, onlara həmişə maraq olub və bu gün də var, haqqında həmişə danışılır, amma əsərləri oxunmayıb, yaradıcılıqlarından xəbərsiz qalmışıq. Tərcümə özü dil hadisəsidir. Mərkəzin tərcümə etdiyi əsərlər, müəllif seçimi çox unikaldır. Ən çox diqqətimi çəkən isə - birinci sinif üçün dərs vəsaiti oldu. Bizim milli yaddaşımız var və burada maarifçilik işi də mütləq nəzərə alınmalıdır. Mərkəzin dil və tərcümə ilə bağlı apardığı monitorinqləri də yüksək qiymətləndirirəm. Hər bir işlə peşəkar şəkildə məşğul olanda, nəticəsi mütləq parlaq bəhrələr verir”.

Hesabatları yüksək dəyərləndirən filologiya elmləri doktoru Paşa Kərimov Mərkəzin fəaliyyətini, hələ qurumun imkanlarının ən məhdud vaxtlarında izlədiyini söyləyərək deyib: “Belə nəticəyə gəlinir ki, bu qurum, imkan düşən kimi, daha geniş və fundamental fəaliyyətə hazır imiş. Mərkəzin işində diqqəti cəlb edən əsas cəhət - fəaliyyətin çoxşaxəliliyidir. Səfirliklər və beynəlxalq qurumlarla əlaqələr qurmaq, xarici ölkələrdə tədbirlər, görüşlər təşkil etmək kifayət qədər çətin və böyük təşkilatçılıq tələb edən işdir. Burada gecə-gündüz yoxdur, əlaqələr durmadan inkişaf edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəssam Yelizaveta Nevinnaya: Bakı tamaşaçısı üçün çalışmaq mənə maraqlı gəldi

Ekspert: Yeni Fərmanla sahibkarlar regionlarda fəaliyyət göstərməyə stimullaşdırılır

Tahir Budaqov: Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı kimi müasir tariximizdə silinməz iz qoyub

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var

® “OBA Plus”da OBİ qazandırmağa gəlir

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya

Ekspert: Yeni tənzimləmələr uşaqların təhlükəsizliyinin təmin olunmasına xidmət edir

Adil Kərimli: Kitabxana sistemində infrastruktur və məzmun baxımından problemlər var

Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud”un mifoloji xülasələrinə dair məruzə təqdim edilib

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

Tarixə düşən azərbaycanlı boks hakimi: Los-Anceles Olimpiadasında da iştirak etməyi arzulayıram

ABŞ-nin enerji naziri: Hörmüz boğazında gəmi nəqliyyatı əhəmiyyətli dərəcədə artıb

AZSET proqramına qeydiyyat başladı: gələcəyin mühəndisləri üçün yeni imkan

Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər

Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb

Türk ekspert: Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlıq dərinləşir RƏY

Deputat: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırılır

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

BƏT: Dünyada təqribən 138 milyon uşaq əmək istismarına məruz qalır

Yəmən sahillərində silahlı şəxslər yük gəmisinə hücum edib

Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar

Mərkəzi Bankın əməkdaşları Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir

Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

“Airbus”la birlikdə səkkiz şirkət Almaniyaya altıncı nəsil döyüş təyyarəsi təklif edib

Rusiyanın Çeboksarı şəhəri və Samara vilayəti raket və dron hücumlarına məruz qalıb

ABŞ-nin xam neft ehtiyatları azalır

AQTA yerli istehsalçıların Çin bazarına çıxışını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir

Zərdabda heyvandarlıqda innovativ yenilik - xırdabuynuzlu heyvanlar ölkədə ilk dəfə avtomatlaşdırılmış qurğu ilə dezinfeksiya edilir

İran XİN Vaşinqtonu Yaxın Şərqdən qoşunlarını çıxarmağa çağırıb

Samara hava limanında məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 45-ə çatıb

Ötən gün axtarışda olan 181 nəfər saxlanılıb

Türkiyənin Nevşehir vilayətində Azərbaycana həsr olunmuş fotosərgi açılıb

Ölkədə əmək müqavilələrinin sayı artıb

Norveç millisi dünya çempionatına 300 kiloqram balıq aparacaq

AzTU komandası Tələbə Basketbol Liqasının qalibi olub

AzMİU ilə Avropanın ən böyük tədqiqat institutu arasında strateji əməkdaşlıq memorandumu imzalanıb

Modi Hindistanın Baş naziri kimi rekord qırıb

Avropada müşahidələr tarixində ikinci ən isti may ayı qeydə alınıb

Ədliyyə Akademiyasında müsabiqə elan olunub

Balakəndə yeni Dövlət Proqramı müzakirə olunub, fermerlərin problemləri dinlənilib

Azərbaycan-Türkiyə əlaqələri: Qardaşlıqdan strateji müttəfiqliyə yüksələn münasibətlər

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Vəkillər Kollegiyasının nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub

Media: Türkiyə bankları Suriyada öz şöbələrini açacaq

Azad edilmiş ərazilərdə 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb VİDEO

BMT-nin COSP19 konfransında əlilliyi olan şəxslərin hüquqları müzakirə olunur

Azərbaycan millisinin baş məşqçisi: Bu mövsüm bizə çox dəyərli təcrübə qazandırdı

BŞDYPİ “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi şirkətlərinə müraciət edib

Dünya birjalarında neftin ucuzlaşması davam edir VİDEO

Dünya birjalarında neftin ucuzlaşması davam edir VİDEO

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

®  Dəyərli və təkrarolunmaz – “Rolls-Royce Motor Cars Baku Bespoke” fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir VİDEO

® Dəyərli və təkrarolunmaz – “Rolls-Royce Motor Cars Baku Bespoke” fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir VİDEO

Lu Mey: Azərbaycan və Çin xalqları arasında əlaqə getdikcə daha da möhkəmlənir

Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır

Xəzər dənizində zəlzələ olub VİDEO

Xəzər dənizində zəlzələ olub VİDEO

Azərbaycan nefti 95 dollara satılır VİDEO

Azərbaycan nefti 95 dollara satılır VİDEO

ABŞ Senatına Rusiya əleyhinə sanksiyalarla bağlı qanun layihəsi təqdim edilib

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Araz çayında batan şəxsin meyiti tapılıb VİDEO

Araz çayında batan şəxsin meyiti tapılıb VİDEO

Kuba ABŞ sanksiyalarını mümkün hərbi müdaxilə üçün bəhanə kimi görür

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

Tramp İranın ABŞ helikopterini vurmasını ciddi hadisə saymır

Yeni Zelandiyanın cənubunda güclü zəlzələ qeydə alınıb

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub