Azərbaycan Tibb Universitetində anemiyaların laborator diaqnostikasına həsr olunan seminar keçirilib
Bakı, 23 yanvar, AZƏRTAC
Yanvarın 23-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “Anemiyalar və onların laborator diaqnostikası” mövzusunda seminar keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminarda rezident Lalə Qəhrəmanlı anemiyaların mahiyyəti, növləri, onların laborator diaqnostikası, eritrositar kütlənin azalması və s. barədə ətraflı məlumat verib, məruzə ətrafında hazırlanan slaydlar nümayiş olunub.
Seminarda iştirakçıları maraqlandıran suallara cavablar verilib.