Azərbaycan və ABŞ arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da təhsil naziri Emin Əmrullayev ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer ilə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı nazirlik ilə ABŞ səfirliyi arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.