Azərbaycan və Vyetnamın işgüzar dairələri arasında əməkdaşlıq müzakirə olunub
Hanoy, 10 may, AZƏRTAC
Vyetnamda səfərdə olan Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) nümayəndə heyəti Vyetnamın müvafiq qurumları ilə iki ölkə arasında işgüzar dairələri arasında əməkdaşlıq məsələlərini müzakirə edib.
AZƏRTAC xəbər verir ki, Vyetnam Qadın Sahibkarlar Şurasının (VQSŞ) sədri xanım Nquyen Thi Tuyet Minh, Vyetnam Ticarət və Sənaye Palatasının rəhbərliyi ilə keçirilmiş görüşlərdə iki ölkənin işgüzar qadınlarının əməkdaşlığı üçün imkanların araşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.
AQSİA-nın idarə heyətinin sədri Səkinə Babayeva assosiasiyanın fəaliyyəti haqqında məlumat verib.
Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini diqqətə çatdıraraq, iki ölkənin işgüzar dairələrinin əməkdaşlığında qadın sahibkarların rolunu vurğulayıb.
İki ölkənin sahibkarları arasında əlaqələrin yaradılması istiqamətində ilk dəfə olaraq belə bir görüşün keçirilməsinin əhəmiyyəti qeyd edilib.
AQSİA-nın üzvləri Azərbaycanın Vyetnam ilə potensial sahələri üzrə əməkdaşlıq barədə təkliflər irəli sürüblər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [08:39]
Birjalarda qızılın və gümüşün qiyməti azalıb
- 04.10.2026 [08:21]
Dünya birjalarında neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]