Azərbaycan Vitebskdə “Qələbə hamı üçün birdir” mövzusunda Beynəlxalq elmi-praktik konfransda iştirak edəcəkdir
Minsk, 24 aprel (AZƏRTAC). Aprelin 24-də P.M.Maşerov adına Vitebsk Dövlət Universitetinin tarix fakültəsində Belarusun alman-faşist işğalçılarından azad edilməsinin 70 illiyinə həsr olunmuş “Qələbə hamı üçün birdir” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.
Bu irimiqyaslı elmi forumun işində Azərbaycan, Belarus, Rusiya, Ukrayna, İsrail və Lüksemburqdan 100-dən çox tarixçi alim iştirak edəcəkdir.
İkinci dünya müharibəsi illərində beynəlxalq münasibətlər, cəbhələrdə hərbi əməliyyatlar, nasistlərin işğalçı rejimi, partizan hərəkatı və gizli antifaşist fəaliyyəti, Böyük Vətən müharibəsi illərində arxa cəbhə, müharibədən sonra ölkədə bərpa işləri, İkinci dünya və Böyük Vətən müharibələrinin acı xatirəsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məsələləri tərəflərin diqqət mərkəzində olacaqdır.
İştirakçılara mədəni proqram, Vitebsklə tanışlıq ekskursiyası və s. təklif olunacaqdır.
Konfransın təşkilatçıları Belarus Təhsil Nazirliyi, P.M.Maşerov adına Vitebsk Dövlət Universiteti, Belarus Milli Elmlər Akademiyasının Tarix İnstitutudur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]